Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İbrahim Cəfərov burada da çox otura bilmədi... -İDDİA

 

Son günlər Kənd Təsərrüfatı Nazirliyində bir neçə kadr dəyişikliyi ondan xəbər verir ki, Məcnun Məmmədov islahatlara başlamağa qərar verib.

Yenixeber.org-un məlumatına görə, KTN-də işdən çıxarılacaq şəxslərdən biri də nazirliyin nəzdində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovdur.

Kənd təsərrüfatı elmləri doktoru, professor və AMEA-nın müxbir üzvü olan 68 yaşlı İbrahim Cəfərovun adı işdən çıxarılacaq şəxslərin arasında hallanır.

Məlumata görə, 70 yaşına qədər direktor vəzifəsində qalacağına əmin olan İbrahim Cəfərov işdən çıxarılacağını xəbərini eşidəndən sonra hərəkətə keçib. Onun hökumətdəki yüksək vəzifəli şəxslərdən direktorluqda qalması üçün xahiş etdiyi deyilir.

Qeyd edək ki, İbrahim Cəfərovun adı ölkə mətbuatına yad isim deyil. Belə ki, onun Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru işlədiyi dövrdə rəhbərlik etdiyi qurum haqqında xeyli mənfi məlumatlar, şikayətlər dərc olunub.

Son aylar isə İbrahim Cəfərovun həm Dövlət Aqrar Universitetinə rəhbərlik etdiyi dönəmdə aparılan təmir-tikinti zamanı ciddi maliyyə israfçılığı və mənimsəməsi , həmdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda tender məsələləri ilə bağlı ilginc məlumatlar mətbuatda yayılmışdı.

Məsələ ilə bağlı Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu mövqe bildirmədi.(AzFakt.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam