Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

“Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... -TƏFƏRRÜAT

   “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT
Bu gün səhər 199 saylı sərnişin avtobusunda insident yaşanıb.

Yenixeber.org: Həmin marşrut avtobusunun sürücüsü ilə sərnişinlərin arasında baş verən mübahisə sərnişinlərdən birinin avtobusun şüşəsini yumruqlaması ilə nəticələnib.
Belə ki, Abşeron Gənclər şəhərciyinin qarşısındakı “Mebel evi” ticarət mərkəzinin dayanacağından sərnişin sıxlığı olduğu üçün sürücü orta və arxa qapıdan sərnişinlərin avtobusa minməsinə imkan yaradıb. Adətən, bu hal avtobusda sıxlıq olan vaxtlarda sürücülərin əksəriyyəti bu şəraiti yaradır. Yolboyu avtobusda sərnişin sıxlığlı artdığı üçün sərnişinlər dayanacaqda əlavə sərnişin götürməməsi üçün sürücüyə irad bildiriblər. Bu iradlara sürücü çox əsəbi tonda cavab verib. Hər dayanacaqda avtobusu uzun müddət saxlayıb, sərnişinlərlə mübahisə edən sürücü kobud ifadələr işlətməkdən belə çəkinməyib. “Dayanmadan sürəcəm”, “Bir də Yaşıl bazarda saxlayacam”, “Duxunuz çatırsa, səsinizi çıxarın” və s. bu kimi sözləri sərnişlərin etirazına səbəb olub.
Avtovağzaldakı dayanacaqda sərnişlərdən biri sıxlıqda irəli gedə bilmədiyi üçün sürücüdən ön qapını açmasını istəyib. Bu zaman sürücü əsəbi tonda qapını açmayacağını bildirib, təklif edib ki, sərnişin orta qapıdan düşsün. Sərnişinin təkidinə baxmayaraq, sürücü avtobusun qapısını açmayıb, avtobusu sürmək istəyib. Bu da sərnişini qəzəbləndirib, yumruqla şüşəyə zərbə endirib. Sərnişinlərin avtobusdan düşməsinə icazə verməyən sürücü qapıları açmaqdan imtina edib, 102-yə zəng edib. İşə gecikdiklərini bildirən sərnişinlərə isə sürücünün cavabı belə olub: “Polis və şirkətin işçiləri gələcək, onlara cavab verərsiniz”.
Uzun mübahisələrdən sonra sərnişinlər avtobusdan düşürülüb, sürücü avtobusu sürüb gedib.
Hadisə ilə bağlı “Xaliq Faiqoğlu” MMC-nin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev Yenicag.az-a bildirdi ki, baş verən insidentdən məlumatları var.
“99 JP 626 nömrə nişanlı avtobusun sürücüsü Zülfqarov Zahidlə sərnişin arasında saat 09:15-09:30 radələri arasında baş verən isnidentin kamera görüntüsünün çıxarılacaq və hadisə araşdırılacaq”, – deyə o bildirib.(Yenicag.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam