Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

50 yaşlı Vüqar Əsgərov bizlər üçün Dərələyəz ensiklopediyasıdı - FOTOLAR

  

“Azərbaycanın Milli Qəhrəmanları”, “Savaş üçün doğulanlar”, “Bir ovuc torpaqdır yarama məlhəm”, “Sinəmdə yurd dağı var” kitabları, “Kəşfiyyatçı”, “Xüsusi Təyinatlı”, “Qərargah Rəisi”, “Dəmir Mayor”, “Dəmir Atlı”, “Poladın İzi ilə”, “777” və digər sənədli filmlərin ssenari müəllifi, baş məsləhətçisi və redaktoru.

Yenixeber.org: Vüqar Əsgərovla ilk tanışlığımız onun yaradıcı sferaya ərməğan etdiyi bu kitab və sənədli filmləri ilə tanışlığımdan başladı. Vüqar özünü xüsusi olaraq mənə təqdim etmirdi, sadəcə bu kitab və filmlərin dili ilə qarşımda özü də elə bir kitab kimi səhifə-səhifə açılırdı. Elə yerlərdən, Azərbaycanın tarixi gerçəklikləri və bu günki insani münasibətləri ilə ilgili elə məqamlardan xəbər verirdi ki... Onu yaxından tanıdıqca elə bilirdim, o, “İsrafilin sur”undan bəri dünyanın bütün get-gəllərindən xəbərdardı. Sən demə, heç 50 yaşı da yox imiş...

 

...Sabiq döyüşçü, Birinci Qarabağ Savaşının veteranı Vüqar İsa oğlu Əsgərov 50 yaşına çatır. Yuxarıda adını çəkdiyim sənət nümunələrindən bildiniz ki, sağlamlığı imkan verməsə də, birinci Qarabağ döyüşlərində şəxsən iştirak etmiş Vüqar paralel olaraq Azərbaycanın Qarabağ salnaməsini yazıb-yaradanlardan biridir. Özü Azərbaycanın qərbində - tarixi Dərələyəz mahalının Qovuşuq kəndində doğulub. Bu mənada tanış olduğumuz bu illər ərzində Vüqar mənim üçün tariximizin bir parçası olan Dərələyəz mahalının canlı ensiklopediyasına da çevrilib. Biz onunla çox seyrək görüşsək də, hər görüşümüzdən sonra bu qədim mahal barədə azacıq da olsa bilgilənirəm. Özünə açıq şəkildə bildirməsəm də, söhbətin səmtini tez-tez bu istiqamətə çəkir, onun xatirələrini, hətta eşitdiklərini gözləri önündə canlandırır və daha çox informasiya verməyə məcbur edirəm. Hər ikimiz çalışırıq ki, o qısa zaman kəsiklərində məişət söhbətlərindən, dünyamızın nizamını pozmağa çalışanlarla bağlı ürək bulandıran insanlar barədə söhbətlərdən mümkün qədər uzaq olaq. Bu mənada Vüqar həm də mənim maraqlı bir “qazanc” obyektimdi. Baxmayaraq ki, onun ömrünün çox kiçik bir hissəsi bu torpaqlarda keçib. Qaçqınlıq həyatı başlayıb, əvvəlcə qonşu Naxçıvanın Şahbuz rayonuna, sonra ailəlikcə paytaxt Bakıya köç etməyə məcbur olublar. Vüqarın uşaq yaddaşında dərin izlər buraxan Qovuşuqdan ayrılma instiktinin bəzi çalarları isə onun sonralar qələmə aldığı, ilk oxucusu mən olduğum “Üç parça daş” adlı hekayəsində abidələşib. Hekayədə belə anlaşılır ki, müəllif çayın dərinliklərinə tulladığı o üç daşını nə zamansa qayıdıb tapa biləcəyinə ümidlidi... Bu, elə bizlərin də gələcəkdə ata-babalarımızın yaşadığı bütün torpaqlara qayıtmağa haqq etdiyimizə tutarlı bir işarədi. Vüqar da o günün tezliklə qayıdacağının təşnəsilə uşaqlıq oyuncağına çevrilən daşlarını görmək həsrətindədi...İnşallah!

  

...Bu illər ərzində Vüqarın ana babası, Şahbuz rayonunda sanballı kişilərdən olan, mərhum Abbas kişi ilə, atası, mərrhum İsa kişi ilə, digər doğmaları ilə də xeyir-şər məclislərində görüşlərimiz, təmaslarımız olub. Ona görə Vüqarı bu qədər vətənpərvər yetişdirən bir mühitlə də tanışlıq imkanı əldə etmişəm. Bu insanların özlüyündə hərəsi bir tarixdi. Onların danışdıqları tarixi faktlar, Abbas kişinin, danışarkən az qala hər məqamda kövrələn İsa kişinin bütün detallara xüsusi yanaşmalarının canlı şahidi olmaq çox maraqlı idi. Bilirsiniz, kimin harda doğulmasından asılı olmayaraq, doğrudan da “elin o başı-bu başı olmurmuş”. Bütün azərbaycanlıları birləşdirən ümumi notlarla rastlaşmaq insanın ürəyini dağa döndərir. Ona görə belə soydaşlarımızla görüşlərimi həmişə qənimət hesab edirəm. Əfsuslar olsun ki, sosial durumumuz hər şeyi oturub yetərincə qiymətləndirməyə, yazıya gətirməyə imkan tanımır. Beləliklə, bu insanlar çox vacib və gələcəyin azərbaycanlılarına örnək ola biləcək bir çox xüsusatları özləri ilə haqq dünyasına aparırlar...

 

...Deyəsən, vacib hisslərə qapılıb mətləbdən bir qədər uzaqlaşmalı oldum. Amma vacib nəsnələr xatirinə mətləbdən uzaqlaşmağa da dəyərmiş. Şükür ki, bu yurdun Vüqar kimi, digər doğmalar kimi davamçıları var. Vüqarın istedadlı oğlu Amin Əsgərlinin isə yaradıcılıq yolunda daha yüksək zirvələr fəth edəcəyinə ümidliyəm. Vüqara gəlincə, qarşıda ömrün daha bir yarısı, növbəti 50 illik zaman kəsiyi dayanır. Bu zaman səni özünə, biz isə o zamanın içində daha böyük uğurlara səsləyirik. Yaşa, var ol!

Nəzirməmməd Zöhrablı,

jurnalist-publisist


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam