Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!

narin-dinlet-xidmeti-pulsuz-oldu

Sərfəli qiymətlər təklif edən “Nar” “Dinlət” xidmətini yeni aktivləşdirən abunəçilər üçün 1 ay müddətinə ödənişsiz təqdim edir. Xidməti aktiv edəndən sonra abunəçilər dinlet.az platformasına keçid etməklə istədikləri musiqi parçasını seçə bilərlər.

Yenixeber.org: “Dinlət” xidməti abunəçilərə “Nar” nömrəsinə daxil olan zəng zamanı qarşı tərəfin standart zəng səsi əvəzinə dinləməsi üçün musiqi parçalarını, fərqli melodiyaları, əyləncəli replikaları təyin etməyə imkan verir.

Abunəçiyə öz tərzini nümayiş etdirməyə imkan verən “Dinlet” xidməti bir zamanların ən sevilən xidmətləri olub. Yenilənən “Dinlət” xidməti isə artıq daha geniş seçim və yeni funksiyalar təqdim edir.

Xidmətdən pulsuz istifadə etmək üçün *606*1#YES şifrəsini yığmaq lazımdır. Qeyd edək ki, 1 aylıq ödənişsiz müddət bitdikdən sonra xidmət avtomatik deaktiv edilir. Ətraflı məlumatı nar.az/senin-ucun/dinlet/ səhifəsindən əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam