Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Gömrük Komitəsində qalmaqal:“Siz öz ananızı, bacınızı belə təbrik edirsiniz?”

Gömrük Komitəsində qalmaqal: “Siz öz ananızı, bacınızı belə təbrik edirsiniz?”

Dövlət Gömrük Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım əməkdaşlarını təbrik edib. Qurumun təbriki publik formada olub və ciddi ictimai müzakirələrə zəmin yaradıb. 

Yenixeber.org: Təkcə sadə vətəndaşlar deyil, çox sayda mütəxəssis də Komitənin seçdiyi təbrik formasını məqbul saymayıb. Sözügedən videoya münasibət bildirən bir çox həkim və psixoloq bu “təbrik”in xanım əməkdaşlara stress yaşatdığını bildiriblər. İddia ediblər ki, zərif cinsin nümayəndələrinə qarşı bu münasibət onlara ciddi stress yaşatdığı üçün gələcəkdə müxtəlif xəstəliklərə tutulmalarına səbəb ola bilər. 

Qeyd edək ki, bu məsələ ötən gündən bəri sosial şəbəkələrdə ciddi müzakirə olunmaqdadır. Şəbəkə istifadəçiləri dövlət qurumunda qadınlara belə ciddi stress yaşatmağın yolverilməz olduğunu bildirirlər. Bu “zarafat”ın yersiz olduğunu vurğulayan vətəndaşlar məsuliyyətin birbaşa DGK rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıblar. 

Bəzi sosial şəbəkə istifadəçiləri isə DGK rəhbərliyinə bu məzmunda suallar ünvanlayıblar: “Siz öz ananızı, bacınızı bu cür təbrik edərdiniz?” 

https://bax.tv/son-xeberler/gomruk-komitesi-xanim-emekdaslara-tebrik-193059?utm_source=playerBaxTV&utm_medium=context_menu&utm_campaign=organic


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam