Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Bu hallarda maaşınızdan pul tutulacaq -AÇIQLAMA

Bəzən istənmədiyiz halda əmək haqqından pul tutulur və buna görə vətəndaşlar narazılıq edirlər.

Yenixeber.org: Bu daha çox banka borclu olduğu halda, məhkəmə qətnaməsi əsasında əmək haqqından pul tutulur.

Çünki borcu birdəfəlik banka ödəmək mümkün olmur. Yaxud aliment ödənişinin alınması üçün əmək haqqınızdan pul tutulur.

Ümumiyyətlə əmək haqqından pul tutulan zaman hansı hissədə pul tutula bilər? Tam tutulmaya yol verilirmi?

Bu suallara cavab tapmaq üçün vəkil Vamiq Şükürova müraciət etdik. Vəkil açıqlamasında bildirib ki, bunun üçün ilk növbədə məhkəmə qətnaməsi olmalıdır:

"Bundan sonra qətnaməni icra edən icra məmuru sizin işlədiyiniz iş yerinə sərəncam göndərir və pulun tutulması üçün göstəriş verir. Belə hallarda borc məbləği qurtaranadək iş yerində əmək haqqınızdan tutulma həyata keçiriləcək.

İkinci halda isə sizin razılığınız olmadan vergilər və sosial sığorta haqları əmək haqqınızdan tutulur.

Üçüncü halda isə iş yerinə ziyan vurubsunuzsa, ziyan bir aylıq əmək haqqınızın məbləğindən artıq deyilsə, əmək haqqınızdan pul tutula bilər.

Dördüncü halda məzuniyyətə çıxıbsınız, məzuniyyət haqqı alıbsınız, amma bir il işləməyibsiniz. Buna görə də artıq ödənilmiş məzuniyyət pulu sizin əmək haqqınızdan tutula bilər.

Beşinci halda verilmiş tapşırığın icrası üçün iş yerindən kənara gedibsiniz, amma ezamiyyət pulundan qalmış pulu xərcləyibsiniz. Belə halda əmək haqqınızdan tutulmaya icazə verilir.

Lakin əmək haqqınızın az və ya çox olmasından asılı olmayaraq 50%-dən artıq pul tutula bilməz. Aliment ödənişləri üçün 70% məbləğindək tutulmaya yol verilir".(BAKU)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam