Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

ZİYA MƏMMƏDOVUN KADRI SƏRƏNCAMINI GÖZLƏYİR?

 

Polisdə baş verən olaydan sonra, qaçqınların etirazları, şəhəri su basmasına edilən narazılıqdan sonra, indi də şəhərin ən iri müəssisəsinin işçiləri aksiyaya hazırlaşır 

"Xeberinfo.com":   Mingəçevirdə bir müddət əvvəl Polis Şöbəsində baş vermiş ölüm olayından sonra etirazlar başlamışdı. Hətta qısa müddətdə yüzlərlə insan küçələrə çıxaraq, baş verənlərə etiraz eləmişdi. 

Qeyd edək ki, bu olayın ardından şəhərdə durumu sabitləşdirmək mümkün olsa da, problemlərdən dolayı etirazların səngiyəcəyi gözlənilmirdi. JAM.AZ xəbər verir ki, məlum ölüm olayının ardından daha bir etiraz isə qaçqınlar tərəfindən start götürdü. Dəfələrlər aksiya keçirən məcburi köçkünlər hətta Mingəçevir İcra Hakimiyyətinin binasına hücum belə etmişdilər. 

Ara sakitləşdikdən sonra Mingəçevirdə daha bir etirazın əsası qoyuldu. Bu dəfə isə məsələ sırf sosial durum və şəhərin abadlaşdırılmasında yeyinti hallarının varlığı ilə bağlıydı. JAM.AZ xəbər verir ki, yağan güclü yağışdan sonra şəhəri su basması artıq əsəbləri tarıma çəkmişdi. Mingəçevirin icra başçısı Niyazi Bayramov belə düşdüyü durumdan sokdaydı. Çünki icra başçısı küçələrə yığılmış suyun əlindən maşınından düşə bilməməklə yanaşı, hətta otağına belə daxil ola bilmirdi. Vəziyyət o həddə çatmışdı ki, evlərə girən su, küçələrə vurulmuş asfaltı da məhv etməyə başlamışdı. 

Amma daha bir narazılığın da baş qaldırdığı müşahidə olunur. Bu dəfə etiraz edənlər isə DRES-in işçiləridir. JAM.AZ-a daxil olan bilgilərə görə, bu müəssisədə çalşan yüzlərlə işçi 2 aydır əmək haqqlarını ala bilmir. Məsələ ilə bağlı rəhbərliyə edilən şikayətə isə baxan olmayıb. Məhz bu səbəbdəndir ki, işçilər ala bilmədikləri əmək haqqlarından dolayı etiraza başlamaq fikrinə düşüblər. 

Qeyd edək ki, Migəçevirin artıq etirazlar şəhərinə çevrilməsi yuxarı dairələrin heç də xoşuna gəlmir. Niyazi Bayramovun ciddi səhvlərindən dolayı yaranmış vəziyyəti düzəltmək üçün isə heç bir addım atılmır. İddia edilir ki, nəqliyyat naziri Ziya Məmmədovun kadrı olan icra başçısı Niyazi Bayramov heç bir işlə məşğul olmamaqla yanaşı, həm də sərəncamını gözləyir.

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam