Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sosial Müdafiə, yoxsa İntihar Mərkəzi?

 

İmişlidə daha bir gənc 1000 manat rüşvət istənildiyinə görə, SMM-in qarşısında özünə qəsd edib

Xeberinfo.com:  Bir neçə gün əvvəl xəbər vermişdik ki, İmişli rayon Sosial Müdafiə Mərkəzində intihara cəhd olub. JAM.AZ-a verilən məlumatda vurğulanırdı ki, Elvin adlı şəxs ondan ünvanlı sosial yardım verilməsi müqabilində 800 manatın istənilməsinə etiraz olaraq, üzərinə benzin tökərək yandırmaq istəyib. 

Lakin görünən odur ki, İmişli Sosial Müdafiə Mərkəzi, təkcə, ünvanlı sosial yardım verən qurum olaraq deyil, həmçinin intihar mərkəzinə də çevrilməyə başlayıb. JAM.AZ-a verilən məlumata görə, iki gün öncə sözügedən dövlət qurumunun qarşısında daha bir intihara cəhd hadisəsi qeydə alınıb. Belə ki, rayon sakini Əbülfət Xəmmədov Mərkəzdə ondan ünvanlı sosial yardım alması müqabilində 1000 manat pul istədiklərindən, öz canına qıyıb. 

Məlumatı verən şəxs bildirir ki, Əbülfət Xəmmədov kəsici alətlə damarlarını doğramaq istəyib. Hətta buna nail də olub. Lakin yaxınlıqdakı insanların müdaxiləsi sayəsində onu vaxtında xəstəxanaya aparmaq mümkün olub. 

Qeyd edək ki, İmişli SMM-in direktoru Nofəl Atakişiyevin vəzifə başına keçməsindən sonra bu qurumun qarşısında intihar hallarının sayı artmağa başlayıb. İntihar edənlərin əsas şikayəti isə mərkəzdə onlardan rüşvət istənilməsidir. Əks təqdirdə, ünvanlı sosial yardım almaq xəyaldan başqa bir şey deyil. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam