Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Müəllimlərdən pul yığılır - Şəmkirdə

 

Maliyyə Müfəttişliyi bu dəfə rayon Təhsil Şöbəsində «ÇP» aşkarlayıb, baş mühasib isə direktorlardan pul tələb edir 

Xeberinfo.com:   Son dövrlər Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Xidməti Departamentinin yerli Regional Maliyyə Müfəttişliyi əksər rayonlarda maliyyə yoxlamalarına start veriblər. JAM.AZ xəbər verir ki, bir müddət əvvəl Beyləqanda yoxlama aparan 10 saylı Regional Müfəttişlik Təhsil Şöbəsində xeyli yeyinti aşkarlamışdı. Lakin müfəttişliyin rəisi Ədalət Nəbiyev məsələni «dinc» yolla həll etməyə nail oldu. Və yerli orta məktəblərin direktorlarından 200 min manat pul yığaraq, problemi çözdü. 
Qeyd edək ki, sözügedən müfəttişliyin hazırda Ağcabədidə yığım prosesi həyata keçirdiyi bildirilir. Məlumata görə, Ədalət Nəbiyevin işçiləri yerli Təhsil Şöbəsində də külli miqdarda yeyinti aşkarlayıb. Və tələb olunan məbləğ də hər bir müəllimin əmək haqqısının 1/3-i qədərdir. 
Bu əsnada, Maliyyə Müfəttişliyinin Şəmkir Təhsil Şöbəsində də analoji qaydada yoxlama apardığı bildirilir. Verilən məlumatlara görə, müfəttişliyin əməkdaşları Şəmkirdəki orta məktəblərdə 2013-2014-cü tədris ili dövründə müəllimlərə artıq maaş verildiyini aşkarlayıb. Hazırda isə həmin pullar geri istənilir. Bu barədə Facebookda məlumat yayan Emin Nihil adlı istifadəçi bildirib ki, bununla bağlı müəllimlərə heç bir hesabat verilmir. Onun yazdığına görə, müəllimlərdən tələb olunan məbləğlər fərqlidir. «7, 14, 17, 24 manat və bəlkə də daha çox böyük rəqəmlər tələb olunur. Bu tələbi də direktorlara çatdıran isə Şəmkir Təhsil Şöbəsinin baş mühasibi Arzu Əmiraslanovdur. Çünki yoxlama əsas səhvləri məhz mühasibatlıqda aşkarlayıb».
Məlumata görə, Şəmkir rayonunda baş verən bu olayla bağlı müəllimlər narazılıq edirlər. Hətta bundan şikayətçi düşənlərin də sayı getdikcə çoxalır. Şəmkir rayonu, Kür qəsəbəsində fəaliyyət göstərən Hacı Zeynalabidin Tağıyev adına məktəbin direktoru Ruhiyyə Rəfiyeva şikayətlərin əsassız olduğunu bildirib. «Yəni, o deyib ki, kim hara istəyirsə şikayət edə bilər. Amma bu yenə də pul yığılmasının qarşısını almayacaq».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam