Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Deputatlar bahalaşmanı hiss edir? - "Qiymətlərdə artım var"

 

Azərbaycan bazarlarında bir sıra məhsulların bahalaşaması barədə xəbərlər yayılıb. Xüsusilə tərəvəz və ətin qiymətində artımlar olduğu bildirilir. Ekspertlər də bazarlarda yüksək tələbat və digər səbəblərə görə bahalaşmaların qeydə alındığını deyirlər.

Yenixeber: Sosial mediada bir çox istifadəçilər bahalaşmadan şikayətçidir. Bahalaşmanın hələ bir müddət davam edəcəyini bildirilir.

Bəs Milli Məclisin deputatları bahalaşmanı hiss edirlər?

Saytımıza açıqlamasında Milli Məclisin üzvü Azər Badamov bahalaşmanı deputatların da hiss etdiyini bildirib:

“Bahalaşma təkcə Azərbaycanda baş vermir. Bütün dünya ölkələrində malların qiymətləri arta-arta gedir. Azərbaycan da dünyanın bir parçası olduğundan daxili bazarımızın qorunması ilə bağlı tədbirlərin keçirilməsinə baxmayaraq, xüsusən də ərzaq malların qiymətlərində artımların mütəmadi baş verdiyini görürük. Amma bu bahalaşamanın təsirlərini azaltmaq üçün dövlətin sosial dəstək tədbirlərinin davamlı aparılmalı olduğunu vacib hesab edirəm. Deputat da cəmiyyətin bir üzvüdür. Təbii ki, bahalaşmanı hər bir vətəndaş kimi deputatlar da hiss edir. Xüsusilə son vaxtlar ən çox bahalaşan ərzaq mallarından biri də quzu ətidir. Quzu ətinin bahalaşmasının kökündə iki amilin dayandığını hesab edirəm. Birinci amil, quzu ətini fermerdən alıb satışı ilə məşğul olanlar aldığı malın üzərinə daha çox ticarət əlavəsini qoyaraq qazanclarını artırmağa çalışır. Yəni, kəndçinin satdığı quzunun qiyməti artmayıb, amma onu alıb-satan daha çox qazanc məqəsədilə onu bahalaşdırıb satır. Digər bir məsələ isə şəxsi təsərrüfatlarda xırda buynuzlu heyvanların saxlanılmasına marağın azalması ilə bağlıdır. Xırda buynuzlu hevanların saxlanılması üçün örüş-otlaq sahələri vacibdir. Amma son illər örüş-otlaq sahələri daha çox əkin üçün istifadə etməyə başlanılmışdır. Bu da xırda buynuzlu heyvanların saxlanılması üçün çətinlik yaradır. O cümlədən örüş-otlaq sahələrin azalması yem bazasını da azaldır və yemin qiymətinin artmasına gətirib çıxardır. Bütün bu məsələlər diqqətdə saxlanılmalı və torpaqların öz təyinatı üzrə istifadə olunmasının müvafiq dövlət qurumları tərəfindən araşdırlmalı olduğunu hesab edirəm. Yəni, torpaqları öz təyinatına qaytarılmalı və heyvanların saxlanılması və artırılması üçün şərait genişləndirilməlidir. Bazarda təklif tələbi üstələyəndə ucuzlaşma və sabitlik baş verir. Bunun üçün məhsul bolluğunun yaradılması ən vacib məsələdir”.

Milli Məclisin digər bir deputatı Vüqar İskəndərov cüzi də olsa, bahalaşmanı hiss etsiyini söyləyib:

“Dünyada baş verən həm siyasi, həm iqtisadi kataklizmlər əsasən ərzaq və digər məhsullara da öz təsirini göstərir. Ölkəmizdə də son zamanlar, xüsusilə də Yeni İlə yaxın günlərdə ət və digər məhsulların, eləcə də meyvə-tərəvəzin qiymətində qismən də olsa, bahalaşmanın şahidi olduq. Biz də bunu öz üzərimizdə hiss edirik. Bazarlıq edəndə, sabit formada nəsə alıb, müvafiq pul ödədiyin halda növbəti dəfə həmin məhsullara biraz çox pul ödənilirsə, bu, qiymətlərin bahalaşmasına işarədir. Bu bazar iqtisadiyyatının tənzimlənməsidir. Bayram günləri ərəfəsində işbazların heç bir əsas olmadan məhsulların qiymətini qaldırmağa cəhd etməsinin də şahidi oluruq. Müvafiq dövlət orqanları zaman-zaman bununla bağlı monitorinq həyata keçirir. Hətta ölkə başçısı özü belə hallara zaman-zaman iradını bildirir. Əlbəttə ki, son zamanlar tərəvəzin və ət məhsullarının qiymətinin bahalaşması hiss olunur. Təbii ki, biz bunu arzulamazdıq. Bunu yalnız insanların səhvləri kimi qiymətləndirmək olmaz. Çünki Azərbaycan da dünyanın bir parçasıdır. Artıq bir çox ölkələrdə bahalaşma gedir. Təbii ki, bu, ölkəmizə şamil edilməli deyil. Əlbəttə, biz bütün imkanlardan istifadə edərək ərzaq məhsullarının, ətin bahalaşmasının qarşısını almaq üçün müvafiq işlər görməliyik. Mən də bu ölkənnin vətəndaşı kimi qismən də olsa, bu məhsullarda bahalaşmanı hiss etmişəm”.

Deputat Naqif Həmzəyev qiymətlərin artması ilə bağlı aşağıdakıları deyib:

“Hazırda dünyada, qlobal məkanda baş verən proseslər bir çox məsələlərə olduğu kimi, ərzaq məhsullarının bahalaşmasına da təsir edir. Xüsusilə də, qış aylarında tərəvəzin qiymətində bahalaşma həmişə olur. Ancaq məsələ ondan ibarətdir ki, proseslər yekunlaşandan sonra ucuzlaşmanı da hiss etmirik. Düşünürəm ki, bu məsələlərə nəzarət daha da gücləndirilməlidir. Biz nəzər yetirsək, görərik ki, Gəncə şəhərindəki qiymətlər Bakıdakından fərqlənir. Kəndlilər birbaşa öz məhsullarını bazara çıxara bilməldiiklərindən hazırda bu məhsulları alıb-satan şəxs və ya şirkətlər qiymətləri asanlıqla artıra bilirlər. Əslində, burada kəndli xeyir qazanmır. Kəndli məhsulunu baha qiymətə satmır. Məhsulu kəndlidən məhsulu alıb, Bakıya və digər böyük şəhərlərə gətirən şirkətlər və şəxslərdir. O baxımdan onlayn ticarət hazırda inkişaf edib. Məlum olduğu kimi, vətəndaş istənilən halda onlayn şəkildə məhsulu Gəncədə olan bazardan, yaxud marketdən alır. İstər-istəməz məhsul ucuz əldə olunur. Lakin nəzərə almalıyıq ki, hamının belə imkan və şəraiti yoxdur. İnsan mağazaya girir nəsə alır, lakin özü də hiss etmir ki, qiymətlərdı artım var yoxsa yox. Düşünürəm ki, süni qiymət artımlarının olmaması üçün aidiyyəti qurumlar bu məsələlərə nəzarəti gücləndirməlidir. Havaların istiləşməsindən sonra ət və tərəvəz məhsullarının qiymətlərində ucuzlaşmanı hiss edəcəyimizə inanıram. Məsələn, çayın qiymətində qəpiklərlə də olsa, artım var. Yağın qiymətində artım var. Xüsusilə də, tərəvəz məhsulları regionlardan fırqli olaraq müəyyən qədər bahadır. Bu da yəqin ki, qış fəsli ilə əlaqədardır”.

Rüfət Quliyev isə vurğulayıb ki, ölkədə bahalaşma gedəndə cəmiyyətdə hamının bunu hiss edir:

“Bu, kimə necə təsir edir, o ayrı məsələdir. Yenə də hamı bunu hiss edir. Bazar iqtisadiyyatı tələb-təklif və rəqabət qanunu ilə idarə olunur.Hamı qiymətlərin bahalaşmasından danışır. Mən də bilirəm ki, qiymətlər qalxır. Lakin bunun obyektiv və subyektiv səbəbləri var. Bu gün Avropada təxminən 6-6,5 faiz inflyasiya var. Amerikada isə inflaysiya göstəricisi 5,5-6 faiz aralığındadır. Təbii ki, inflyasiya kənd təsərrüfatı məhsullarına təsir edir. Kənd təsərrüfatına aid olan bəzi inqridiyentləri xaricdən gətiririk. Həmin məhsullara zərərvericilərin təsirinin qarşısını almaq üçün lazım olan dərmanların 99 faizi xaricdən gəlir. Yaxşı haldır ki, artıq biz karbevidi özümüz istehsal edirik. Maksimum çalışıb əkin işləri ilə məşğul olmaq lazımdır. Həyatyanı sahələrdə, icarəyə götürülmüş formada korparativlərdə birgə bazara çıxarmaq indi asandır. Regionda kəndli yumurtanı, toyuğu, əti, pomidoru, xiyarı, meyvə-tərəvəzi supermarketdən əldə edirlər. Heç olmasa bir hissəsini öz həyətyanı sahəsində saxlasın. Toyuq, 5-10 dənə kiçikbuynuzlu, 1-2 dənə iribuynuzlu heyvan saxlasınlar. İribuynuzlu heyvandan süd əldə etmək olur, onun gələcəkdə övladı da olur. Dövlət tərəfinfdən kənd təsərrüffatı üçün şərait yaradılıb. Biri su, digəri ot bahadır deyir. Ot bahadırsa, yonca əksinlər. Yonca əkmək indi ən ucuz başa gələn prosesdir. Bir hektar ərazidən 8-9 dəfə yonca yığdıqda 7-8 min təmiz qazanc çıxır”.

Deputat Tahir Rzayev qiymətlərin bahalaşmasının qarşını almaqda insanların özlərinin də rol oynamalı olduğunu deyib:

“Ərzaq məhsullarının, xüsusilə də, kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşması dünyada gedən proseslərlə, iqlim dəyişiklikləri, insanların tələbatının artması ilə əlaqədardır. Açığı ölkədə əkin sahələrinin müəyyən qaydada azalması, insanların tərəvəzə və quzu ətinə olan tələbatının artması bu shədə sifarişçilərin, alıcılarının sayının çoxalması ilə əlaqələndirmək olar. Digər tərəfdən ölkədə ildən-ilə kiçikbuynuzlu keçi və qoyunların sayının azalması buna səbəb ola bilər.  İnsanların  bu sahələrdə çalışğanlığının yüksək səviyyədə təmin olunması ilə əlaqələndirmək lazımdır. Bu gün bir çox insanlar ərzaq məhsulları dedikdə, daha çox quzu ətinə meyillidirlər. Bu əti daha kalorili hesab edirlər. Əslində, bu düzgün yanaşma deyil. Meyvə-tərəvəz məhsullarının az yetişdirilməsi bazarda qiymətlərin bahalaşmasına gətirib-çıxarır. Artıq abahalşmanın aradan qaldırlması üçün nəinki hökumət, eləcə də insanlar özləri, xüsusən də sahibkarlar fikirlərməlidirlər. Kiçik heyvanların kütləvi şəkildə kəsilməsinin tərəfdarı deyiləm. Bu gün bazara 8-9 kiloqram olan heyvanlar kütləvi şəkildə çıxarılır. Bunlar kütləvi şəkildə kəsimə gedirlər. Ancaq xarici ölkələrin təcrübəsini nəzərə alsaq, orada istər iribuynuzlu, istərsə də xırdabuynuzlu heyvanlar yetişdirilir. Müəyyən çəki miqdarında kəsilir və istehsalçılara təhvil verilir. Təəssüflər olsun ki, bizdə əksinədir. İnsanlar əsasən xırda, 7-8 kiloqramlıq heyvan ətlərinə meyillidirlər. Bu da gündə 10-100 minlərlə heyvanın kəsilməsi deməkdir. Şükürlər olsun ki, ölkədə  çoxsaylı şadlıq evləri, restoran və kafelər var. Hər gün sifarişçilərin quzu əti sifariş vermrəsi nə qədər ərzaq məhsulunun istifadəsinə səbəb olur. Əlbəttə ki, bu yaxşı hal deyil. İnsanların özü bu barədə ciddi fikirləşməlidirlər. Müvafiq orqanlarla birlikdə orta məxrəc tapılmalıdır”.(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam