Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərsu:Suyun qiymətinin artırılması gündəmdə deyil

Suyun qiymətinin artırılması ilə bağlı məsələ gündəmdə deyil.

Yenixeber.org: Bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bugünkü brifinqdə vurğulayıb.

"Bununla bağlı Tarif Şurasına müraciət edilməyib" - deyə Anar Cəbrayıllı əlavə edib.

O həmçinin əlavə edib ki, abonentlərin 11%-i sayğaclaşmayıb.

"2023-cü ilin sonuna qədər 100 min əlavə sayğac quraşdırılacaq. Hazırda 197 min abonentimizin sayğacı yoxdur. Bu o demək deyil ki, sudan necə gəldi istifadə edilir. Bu gün 450 min abonentin sayğacı ev və obyektlərin daxilindədir. Onların əksəriyyəti sayğacları oxumaq üçün bizim əməkdaşlar üçün şərait yaratmırlar. Sudan ən çox qanunsuz istifadə edən qəsəbə Türkan və Zirə qəsəbələridir. Bakıətrafı ərazilərdə suların 1/4-i şlanqlarla su çəkir. Aprel ayında saniyədə 11 kub su istehlak olunurdu. Hazırda bu rəqəm 13,85 kubdur. Yay doğru isə bu rəqəm saniyədə 15 kubu ötəcək. Buna səbəb əkin, biçin və s.dir", - deyə Anar Cəbrayıllı qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam