Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

“Nar” 2023-cü ildə də sosial yönümlü peşə təlimlərinə davam edir -

 

“Nar” 2023-cü ildə də nitq və eşitmə məhdudiyyətli insanların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətindəki layihələrini davam etdirir.

Yenixeber.org: Belə ki, mobil operator artıq 4-cü dəfədir ki, “Təlim Məktəbi” layihəsi çərçivəsində bu gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq üçün peşə təlimləri təşkil edir. Missiya çərçivəsində həmin gənclər üçün əmək bazarında daha çox tələbat olan manikür ustalığı təlimləri keçirilir.

Ümumilikdə 3 ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 15-30 yaş arasındakı 10 gənc iştirak edir. Təlimlərin sonunda isə iştirakçılara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq. “Təlim məktəbi” layihəsinin tərəfdaşı “Karlarа Dəstək” İctimai Birliyidir.

Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində  “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam