Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Zərdabın Məlikli və Yuxarı Seyidlər kəndlərində maarifləndirmə tədbirləri keçirilib

 
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Məlikli və Yuxarı Seyidlər kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Yenixeber.org: Görüşlərdə çıxış edən şöbə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Emin Kərimov ümumbəşəri bəlaya çevrilən narkomaniyanın fəsadları haqda şagirdlərə məlumat verərək, bu yola düşən şəxslərin öz həyatlarını məhv etmələri, gələcəklərini ağ ölümə qurban vermələri və düçar olduqları bəlanın fəsadları barədə söhbət açıb. Qeyd olunub ki, belə həssas mövzularda gənclər daima diqqətli olmalı, cinayət yolundan uzaq durmalı, bilmədikləri mövzular barəsində mütləq valideynlərindən, yaxud müəllimlərindən soruşub öyrənməlidirlər.
Tədbirlərin sonunda narkotiklərin zərərlərindən bəhs edən videoçarx nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Məktəblərin pedaqoji heyəti keçirilən maarifləndirici tədbirə görə təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam