Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rekord uduş fondlu, bol uduşlu “10X”


 


 

“Azərlotereya” ASC daha çox uduş və daha çox şans olan “10X” ani lotereyasını təqdim etdi.

Yenixeber.org:  Azərbaycanın rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru "Azərlotereya" ASC yeni “10X” ani lotereyasını satışa çıxardı.

“10X” lotereyasının ümumi uduş fondu 68.545.840 AZN təşkil edir. Bu, indiyədək ani lotereyalar arasında maksimum göstəricidir. Ən böyük uduş məbləği isə 200.000 AZN-dir. 

“10X” daha çox qazanmaq şansı vəd edir. Belə ki, “10X” simvolunu tapmaqla uduş məbləğinin 10 mislini qazanmaq mümkündür.

Qeyd edək ki, qiyməti 10 AZN olan lotereya biletlərinin ümumi sayı 10 080 000,  uduşlu biletlərin sayı isə 2 781 697 ədəddir. 

Oyunun qaydalarına gəldikdə isə bildirək ki,  “üstüörtülü” lövhələri pozduqdan sonra “uduşlu rəqəmlər” lövhəsində əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) “rəqəmləriniz” lövhəsində  əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) ilə üst-üstə düşərsə, bilet uduşlu sayılır və uyğun uduşlu xananın altındakı məbləği qazanmış olur. Əgər bilet bir neçə oyun xanası üzrə uduşlu olarsa, uduşlar cəmlənir.

 

“Azərlotereya” ASC-nin təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı qeyd olunur.

Şans oyunları ilə əlaqədar daha ətraflı https://azerlotereya.com/az  rəsmi internet səhifəsindən məlumat əldə edə bilərsiniz.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam