Yenixeber.org: Bu günlərdə sovetdənqalma Yazıçılar Birliyinin elə sovet qoxulu “Ədəbiyyat” qəzetində işləyən Sərvaz Hüseynoğlu adlı bir şair açıqlama verib ki, bəs bilməzsinizmi, keçmiş deputat Hüseynbala Mirələmovun “Ənvər Paşa” romanını əslində mən yazmışam.
Mirələmovun bu açıqlamaya cavabı isə belə olub ki, Sərvazın dedikləri onun indiyədək eşitdiyi ən həyasız yalandır.
Biz bilmirik, bu mübahisədə kim və nə qədər haqlıdır.
Bircə onu söyləyə bilərik ki, yalanları həyasızlıq dozasına görə yarışdırsaq, çətin ki, Sərvazın açıqlaması ən həyasızı olsun, çünki biz ən müxtəlif mövzularda – siyasi, sosial, ədəbi və s. məsələlərlə bağlı betərin betərini elə Mirələmovun müsahibələrində az oxuyub, çıxışlarında az dinləməmişik.
Ancaq, düzünə qalsa, roman qalmaqalına görə Hüseynbala müəllimə acımamaq da mümkün deyil.
Son illərdə işləri heç də əvvəlki qədər "yağ kimi" getməyən, məşhur "əl videosu"ndan sonra isə deputat mandatı da əlindən alınan Mirələmovun, belə görünür, "çörəyinin duzu" yoxdur.
Əks halda Qaz Emalı Zavodunun direktoru olarkən ondan 3-5 manat qoparmaq üçün qapısında növbəyə duranlar, heç bir bədii dəyəri olmayan əsərlərinə bəytərifi vuranlar onu indi meydanda tək qoymazdılar. "Bağda ərik var idi, salaməleyk var idi, bağda ərik qurtardı, salam-əleyk qurtardı" prinsipi ilə davranıb Mirələmovu çətin vaxtlarında müdafiəsiz buraxmaz, üstəlik, onu ifşa yarışına girməzdilər.
Açığı, biz özünə saxta deputat mandatı rəva görən adamın saxta romanı da rəva görməsinə qətiyyən təəccüblənmirik.
Yalnız pul, mənsəb hesabına özü üçün parlaq tərcümeyi-hal düzüb-qoşmağa çalışmağın, məsələn, adını ədəbiyyat dərsliklərinə və tarixinə soxuşdurmağın ibrətamiz sonluğuna diqqət çəkmək istəyirik.
Bir də ədəbiyyata iddia edən pullu, mənsəbli adamlardan 3-5 manat qoparmaq üçün onların cızmaqaralarına bəytərifi vurmaq, qaldırıb dağ başına qoymaqdan ötrü yarışa girənlərin "bağda ərik qurtardıqdan" sonrakı nankorluğunu xatırlatmağa çalışırıq.
Yazımıza isə Hüseynbala müəllim üçün təsəlliverici bir örnəklə nöqtə qoyuruq.
2000-ci illərin əvvəllərində İspaniyanın məşhur yazıçılarından biri, Nobel mükafatı laureatı Kamilo Xose Sela ilə bağlı bir iddia ədəbiyyat dünyasını qarışdı.
Belə ki, ispan jurnalist Tomas Qarsiya Yebra tərəfindən ortaya atılan həmin iddiaya görə, 1989-cu ildə Nobelə layiq görülən və 2002-ci ildə, 83 yaşında ikən dünyasını dəyişən Selanın bir çox əsərlərini başqaları yazıb. Həmin əsərlərin sırasında müəllifinə İspaniyanın ən nüfuzlu ədəbiyyat mükafatını –‘‘Planeta’’nı qazandıran "Müqəddəs Endrü xaçı" və ‘‘İki ölü üçün mazurka" romanları da göstərilirdi.
Yebra iddiasını qüvvətləndirmək üçün adlar da çəkmişdi. Belə məlum olurdu ki, Selanın romanlarını yazan Marcial Suarez və Mariano Tudeladır. Lakin hər iki yazıçı həyatda olmadığından, təbii ki, onlar ispan qəzetçini nə təsdiq, nə də təkzib edə bilərdilər.
Beləliklə, Selanın romanları ətrafında qalmaqal uzun müddət Avropa mediasının və ədəbi dairələrinin ən sevimli müzakirə, mübahisə mövzusu olaraq qaldı. Ancaq yekun qənaətə gəlmək mümkün olmadı və mövzu qapandı. Əlbəttə, ortaya Yebranın iddiasını qəti şəkildə təsdiq, yaxud inkar edəcək faktlar çıxanadək!
Düzdür, Mirələmov Sela deyil, əsərlərinə isə nəinki Nobel, Buker-zad, heç çürük qoz da düşmür.
Lakin kefini pozmasın, bəzən əsl yazıçılarla bağlı da bu cür xoşagəlməz iddialar ortaya atılır.
Hüseynbala müəllimə yeganə məsləhətimiz odur ki, dünyaya bir daha gəlsə və yenə Qaz Emalı Zavodunun direktoru olsa, qapısında tərif növbəsinə dayananlara nəinki qara qəpik, heç üç barmağın məşhur işarəsini də göstərməsin...(Anadil.az)