Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputatın rahatlığını pozan foto: ÖZƏL

             

Hüseynbala Mirələmov o məşhur fotonu saytlardan sildirə biləcəkmi?

Xeberinfo.com: Tanınmış milyoner-şair Gülağa Tənhanın dünən “MTN işi” ilə bağlı açıqlaması Hüseynbala Mirələmovun narahatlığına səbəb olub. Xatırladım ki, məlum açıqlamasında Gülağa Tənha Eldar Mahmudovun əleyhinə ifadə verən şəxslərin saxtakar olduğunu, vaxtilə E.Mahmudova “işləyən”, onun “nökər”i olduqlarını iddia edib: “Guya, Eldar Mahmudovun törətdiyi cinayətlər haqqında baş prokurorluğa ərizə yazırlar, izahat verirlər, haqq- ədalət tələb edirlər. Onların çoxu nəinki Eldar Mahmudovun, hətta Akif Çovdarovun qəbuluna düşmək üçün növbəyə dayanırdılar. Yazılan ərizələrin hansı şəxslər tərəfindən təqdim olunduğunu biləndə şoka düşdüm. Demək olar ki, ərizə yazanların bir çoxu şübhəli, qeyri–qanuni bizneslə məşğul olanlar, ya da MTN-in əməkdaşları ilə birgə millətə “atan”lar idi… Belələrini el arasında agentlər – iş verənlər adlandırırlar”. 

 Amma, hörmətli yazıçı-deputat Hüseynbala Mirələmovun rahatsızlığına səbəb olan dostu Gülağa Tənhanın bu açıqlaması olmayıb. Nə qədər qəribə səslənsə də Hüseynbala müəllim məlumatla bərabər yayımlanan fotodan həm narahat olub və həm də qəzəblənib. Göründüyü kimi həmən fotoda Eldar Mahmudov və Gülağa Tənha ilə bərabər, Hüseynbala Mirələmov da əks olunur. İndiki məlum halda belə bir fotonun yayılmasını deputat birmənalı qəbul edə bilmir. Bununla bağlı xeberinfo.com-a verilən məlumata görə Hüseynbala müəllim bu addımı kimlərinsə özünə qarşı düşünülmüş qərəzi kimi qiymətləndirib. Bundan qəzəblənən deputatın bu istiqamətdə araşdırmaya başladığı bildirilir. İlk növbədə isə bu fotonun internetdən silinməsinə nail olmaq istəyir(?)

Mənbəmiz cənab Mirələmovun şübhələndiyi şəxslərin adlarını da açıqladı...

Məlumatla bağlı hörmətli millət vəkilini dinləmək cəhdlərimiz alınmadı.

 

 

Xalid      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam