Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ağacan Əbiyevdən Hüseynbala Mirələmovun çıxışına münasibət:“Qınanılası adamı qınayarlar!”

Ağacan Əbiyevdən Hüseynbala Mirələmovun çıxışına münasibət:

 

Milli Məclisin İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Əbiyev deputat həmkarı Hüseynbala Mirələmovun bəzi fikirlərinə görə töhmət alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Xeberinfo.com:  A.Əbiyev Ölkə.Az-a açıqlamasında yayılan bu cür məlumatlardan xəbərsiz olduğunu söyləyib:

“Onun töhmət alması ilə bağlı məndə heç bir məlumat yoxdur. Onsuz da onu bu çıxışına görə mətbuatda qınayırlar. Qınanılası adamı qınayarlar da! Ancaq Hüseynbala Mirələmovun töhmət alması ilə bağlı məlumata malik deyiləm. Ümumiyyətlə, mən kiminsə şəxsi fikirlərinə qarışmamışam. İstəmirəm ki, adımı belə məsələdə hallansın”.

Xatırladaq ki, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır” fikirləri cəmiyyətdə böyük səs-küyə səbəb olub. Bu çıxışına görə Hüseynbala Mirələmovun Milli Məclis rəhbərliyi tərəfindən töhmət alması ilə bağlı məlumatlar yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam