Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Millət vəkillərindən efir siyasətinə tənqid

 

Televiziyaların yayım siyasəti zaman-zaman tənqidlərin hədəfinə çevrilir. Cəmiyyətin ziyalı təbəqəsi yerli telekanallara baxmaqdan demək olar ki,  imtina edir. İctimai xadimlərdən, hökumət rəsmilərinə qədər hər kəs yerli televiziya kanallarının fəaliyyətindən narazıdır. 
"Xeberinfo.com":  Bəs, görəsən bu durumun səbəbi nədir? İctimai xadimlər, siyasilər yerli telekanallarda hansı verilişləri izləyirlər? Onları telekanalların yayım siyasətindən narazı salan hansı məqamlar var?
Musavat.com-un əməkdaşı bu suallarla bir neçə millət vəkilinə və siyasətçiyə müraciət edib. 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, daha çox analitik proqramları izləməyə üstünlük verir: “Ümumiyyətlə, siyasi xarakterli verilişləri izləməyə üstünlük verirəm. Türkiyə telekanallarını və digər xarici kanalları da izləyirəm. Onu da deyim ki, yerli televiziyaların proqram siyasətində ciddi boşluqlar var. Müharibə şəraitində olan ölkənin televiziya kanalları buna adekvat proqramlar yayımlamırlar. Əsasən Qarabağla, şəhidlərlə, qazilərlə bağlı verilişlərə üstünlük verilməlidir. Bütün telekanallar bunu bir nömrəli məsələ kimi ortaya qoymalı və göstərməlidirlər. Hazırda əyləncəli proqramlar daha çoxdur. Düzdür, biz həmin proqramları izləmirik. Ancaq gənc nəsil daha çox maraq göstərir. Hesab edirəm ki, bu, zərərli tendensiyadır və bunu vətənpərvər verilişlərlə əvəz etmək lazımdır. Bir məsələni də qeyd etmək istəyirəm ki, televiziya dil baxımından örnək olmalıdırlar. Ancaq çox təəssüf ki, aparıcıların əksəriyyəti ləhcə ilə danışır, dil normalarını pozurlar, Bəzən elə fikirlər səsləndirirlər ki, cəmiyyətdə qıcıq yaradır. Bunlar aradan qaldırılmalıdır”. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı isə hazırda televizyaların böhran keçirdiyini vurğuladı: “Yerli televiziyalarda ən çox xəbərlər blokunu izləyirəm. İlk növbədə AzTV-nin, daha sonra isə digər kanalların xəbər buraxılışlarını izləyirəm. Vaxt məhdudiyyətinə görə digər verilişləri izləyə bilmirəm. Ancaq onu da qeyd etmək istəyirəm ki, təkcə Azərbaycan telekanalları yox, dünya telekanalları da keçid dövrünü yaşayır. Bugünki telekanalları internetlə mübarizə dövrünü yaşayır. Necə ki, televiziya və radio meydana gələndə qəzetlər, kino yarananda teatrlar varlığını saxlamaq üçün mübarizə aparırdı, eləcə də televiziyalar auditoriyanı internetə uduzmamaq üçün çalışırlar. Demək olar ki, dünya çapında televiziyalara baxanların sayı azalıb. Televiziyalar indi auditoriyanı əlində saxlamaq üçün bütün variantlara əl atırlar. Makiavellinin dediyi kimi, son məqsədə çatmaq üçün hər şey mübahdır. Televizyalar tamaşaçı qazanmaq üçün mübarizə aparırlar və bu baxımdan, şou-biznes qalmaqallarının, sensasiyalı verilişlərin ardınca qaçırlar. Bu, böhran əlamətidir. Ümumilikdə dünya televiziyaları böhrandadır. Bu, bir yarışdır və bu yarışda sözsüz internet qələbə çalacaq. Mən zövqümcə olan proqramı izləyirəm. Zövqümə uyğun gəlməyənləri isə izləmirəm və qınamıram”. 
Ümid Partiyasının sədri, millət vəklili İqbal Ağazadə isə yerli televiziyaları ümumiyyətlə, izləmədiyini bildirdi: “Mən yerli telekanallara demək olar ki, baxmıram. Yerli televiziyada hansısa verilişi izlədiyim yadımda deyil. Çünki, bir tamaşaçı kimi məni qəne etmir. Bunun səbəbi isə çox sadədir. Çünki, azadlıq yoxdur. Televiziyalar məhdud bir çərçivədə fəaliyyət göstərir. Çərçivədə fəaliyyət göstərəndə isə deyə biləcəkləri bu qədərdir. Televiziya biznesdir, xidmət göstərir və pul qazanır. Televiziya təbliğat-təşviqat vasitəsi deyil. Düzdür, gərək auditoriyanın tələbi də təmin olunsun. Ancaq auditoriyanın tələbinin nə olduğu azadlıqda müəyyən olunacaq. Azad televiziya olsa və azadlıq çərçivəsində verilişlər hazırlansa, ondan sonra reytinqlərin hansı səviyyədə olacağını demək olar. İndi bu haqda fikir bildirmək çox çətindir”. 
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə televiziyaların Ramazan ayında belə, dini mövzuda maarifləndirici verilişlər yayımlamadığını vurğuladı: “İndi əsasən idman proqramlarını izləyirik. Bir müddət sonra Avropa Oyunları bitəndən sonra yəqin ki, digər verilişlərə baxacağıq. Mən əsasən xəbər proqramlarını izləyirəm. ,ou verilişlərini demək olar ki, izləmirəm. Bu proqramlar mənim marağımı cəlb eləmir. “Space” telekanalını ümumiyyətlə, izləmirəm. Bu telekanalı televizordan silmişəm. Digər kanallarda isə əsasən xəbərlərə baxıram. Mən daha çox analitik verilişləri izləməyi sevirəm. Bu proqramlar da yerli telekanallarda demək olar ki, yoxdur. Bu səbəbdən də Türkiyə kanallarından izləməli oluram. Ramazan ayında Azərbaycan televiziyaları dinlə bağlı maarifləndirici bir veriliş belə, yayımlamırlar. Yalnız “İctimai TV”-də kiçik bir proqram var, vəssalam... Bu, o deməkdir ki, televiziyalar əhalinin maraqlarına uyğun yayım siyasəti izləmirlər. Daha çox özlərinin müyyən etdiyi standartlar üzərində qalmağa üstünlük verirlər. Bu, reklam siyasətindən asılıdır. Əgər telekanallar auditoriyanın maraqlarını nəzərə almırlarsa, deməli, leqal reklam siyasəti deyil, fəqli reklam siyasəti yürüdürlər. Məsələnin əsası budur. Nəticədə yerli televiziyalar tamaşaçı auditoriyasını xarici televiziyalara, əsasən də Türkiyə telekanallarına uduzurlar”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam