Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəqsanənin telekanalda aparıcılıq etməsinə deputatdan ETİRAZ

 

ATV telekanalında müğənni Rəqsanənin aparıcılığı ilə yayımlanan “Göz önündə” verilişi cəmiyyətə birmənalı qarşılanmayıb.

"Xeberinfo.com":  Məlumata görə, məsələyə Milli Məclisin Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov da etiraz edib.

Deputat Modern.az-a açıqlamasında qeyd edib ki, müğənnilərin sosial, ictimai, mədəni-mənəvi xarakterli verilişlərə aparıcılıq etmələrini heç vaxt yaxşı qiymətləndirməyib: 

“Bizim müğənnilərdə həmin tip verilişləri aparmaq qabiliyyəti yoxdur. Çünki lazımi məktəb keçib gəlmirlər, ictimai-siyasi proseslərdən xəbərləri olmur, cəmiyyət həyatının problemlərindən üzdən xəbərləri olur. İntellektləri çox zəifdir. Ona görə onların sosial, ictimia xarkterli, mədəni-mənəvi veriliş aparmaları uğurlu olmur”.

N.Cəfərov bu cür addımla televiziyaların özlərinin peşəkarlığının, səviyyəsinin müəyyənləşdiyini vurğulayıb. “Qeyd edilir ki, Azərbaycan cəmiyyəti yüngül verilişlərə baxır. Azərbaycan tamaşasının böyük zövqü və tələbləri var. Hər hansı telekanalda müğənni-aparıcının verilişinin keyfiyyəti barədə təsəvvürlər kifayət qədərdir. Ümumiyyətlə, televiziyalarımız müstəqildir və proqram siyasətini özləri müəyyənləşdirir. Bir prinsip var ki, veriliş səviyyəli və keyfiyyətli olsun”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam