Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Telekanalların işi çalıb-oynamaq və yemək bişirməkdir”

“Telekanalların işi çalıb-oynamaq və yemək bişirməkdir”

 

Murad Dadaşov: “Ermənilər telekanallarımıza baxsa, bizə gülər” 

 

Xeberinfo.com:  Şoumen Murad Dadaşov yerli telekanalları tənqid edib.
 
Musavat.com xəbər verir ki, jurnalistlərə açıqlama verən Murad Dadaşov bildirib ki, televiziyaların durumu ürəkaçan deyil: “Yeni layihə üzərində işləyirəm. Məni imic qurbanıyam, gördüyüm iş daha yaxşı olmalıdır. Hazırda televiziyaların durumu məni qane etmir, günü-gündən tamaşaçı itirirlər. Efirdə olan verilişlərin səviyyəsi aşağıdır. Hazırda ancaq televiziya vurğunları qalıb, qalanları sönüb. Elə insanlar var ki, ev alıb, amma televizoru yoxdur. Deyir ki, televiziyaya baxmır. Televiziyada yeni simalar da yoxdur. Tamaşaçı olaraq biz televiziyanın inkişaf etməsini istəyirik. Biz buna layiq deyilik. Azərbaycanın iqtisadi vəziyyəti, cəmiyyətimiz, savadımız televiziyanın indiki halına layiq deyil. Biz televiziyaya münasibətimizi dəyişməliyik. Televiziyadakı mövcud iqtisadi vəziyyəti müasirləşdirməliyik. Televiziyanı anlayanlar az olduğu üçün telekanal rəhbərləri dəyişiklik edə bilmirlər. Bizim televiziyamıza düşmənlərimiz də baxır. Aşağı səviyyəli veriliş və klipləri efirə verməkdənsə, onları bağlamaq mümkün deyilmi? Ermənilər telekanalımıza baxsa, bizə gülər. Bəxtimiz gətirib ki,  düşmənilərimizin səviyyəsi aşağıdır. Televiziya ölkəmizi düzgün təqdim etmir. Telekanallara baxanda dəhşətə gəlirəm, onların işi çalıb-oynama və yemək bişirməkdən ibarətdir”. 
 
Murad Dadaşov Novruz personajlarına da iradını bildirib: “Mənim üçün Novruz yenilik və təravət deməkdir. Düzünü deyim ki, Novruz bayramını sevsəm də, gəlişini gözləmirəm. İlk çərşənbədən başlayaraq, şirniyyatları yeyirəm. May ayında ayılıram ki, 10 kiloqram çəki almışam. Bu bayram mənim kimi şirniyyata meylli insanlar üçün dərddir. Novruzla bağlı adət-ənənələr mənim ürəyimcə deyil. Folklorşünaslarımız, insanlar məni səhv başa düşə bilər. Bəlkə də mənim məlumatım az olduğu üçün belə düşünürəm. Kosa və Keçəli, papaq atmanı başa düşə bilmirəm. Bayram adətlərimizdə yenilik etməliyik. Məsələn, Bayraq Günündə hər yerdən bayraq asmaqla kifayətlənməməliyik. Hazırda söz azadlığı var, aktiv gənclər olaraq fikirlər irəli sürməliyik. Xalq addımlar atmalıdır, şərt deyil ki, hökumət qayda təklif etdikdən sonra reallaşdıraq. Keçəllər, kosalar dövrü bitməlidir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam