Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“Şok”ların, “feyk”lərin əsirinə çevrilən mediamız: udan yoxdur, uduzan isə hamıdır

Ələsgər Əhmədoğlu: “Media qurumu öncə öz auditoriyası qarşısında üzrxahlıq etməli və səhvlərini düzəltməlidir”

Bahəddin Həzi: “Problemin səbəbləri məqsədli də ola bilər, peşəkarlığın və ya təcrübənin azlığından da”

Yenixeber.org: Xəbər verdiyimiz kimi, təhsil naziri Emin Əmrullayev sonuncu brifinqdə məktəblərdə Valideyn-Müəllim Assosiasiyası tərəfindən qeyri-qanuni yığımlara münasibət bildirdi. Amma onun səsləndirdiyi fikir təhrif olunaraq, “Əgər məktəblərdə pul yığımı varsa, məcburi yox, könüllü olmalıdır” başlığı ilə bir sıra saytlarda və sosial media hesablarında yayımlandı. Bundan sonra sosial şəbəkə istifadəçiləri həmin təhrif olunmuş fikir əsasında müzakirələrə qoşuldular.

Doğrudur, brifinqdə tirak edən, izləyən şəxslər yayılmış fikrin kontekstdən çıxarıldığını bildirirlər və məlum olur ki, nitqin əsli belədir: “İcbari təhsil təbii ki, pulsuzdur. Söhbət icbari təhsilin pullu və ya ödənişli olmasından getmir. Mən məktəblərdə rüşvətxorluğun əleyhinəyəm. Amma sual verirəm: valideynin bütün vergilərini ödəyəndən sonra artıq qalan bir manatını məktəbə vermək hüququ var, yoxsa yoxdur? Bu, pis və günahdırsa, deməliyik ki, olmaz. Əgər biz bunu qəbul ediriksə, oturub sağlam, şəffaf sistem fikirləşməliyik ki, vətəndaşın əlindəki arzu etdiyi bir manatı özünün və digərlərinin daha yaxşı təhsili üçün xərcləmək hüququnu tanıyaq”.

Lakin bu, təhrif olunmuş xəbərin sürətinə çata bilmədi. Təhif olunmuş fikri başlığa çıxaran, sosial media hesablarından paylaşaraq cəmiyyətin fikrini başqa istiqamətlərə yönəldən media qurumları arasında özünü peşəkar hesab edən və ona etimad göstərilənlər də var. Lakin xəbəri birinci yayımlayan media qurumu da daxil olmaqla, eyni yanaşmanı sərgiləyən saytların hansındansa yazını silmək və ya başlığa düzəliş etmək kimi addım atıldığına şahidlik etmədik.

Bundan yola çıxaraq, bu istiqamətdə bir neçə suala mütəxəssislərlə cavab tapamağa çalışmışıq:

- Mediada kontekstdən çıxarılmış fikir nəyə xidmət edir?

- Bu, media qurumunun nüfuzuna necə təsir gösətərir?

- Kim daha çox uduzur və ya qazanır: təhrif olunmuş fikri yayan media qurumu, yoxsa hədəfə çevrilmiş fikrin müəllifi?

- Belə hallarda media qurumu və fikri təhrif olunmuş şəxs hansı addımları atmalıdır?

Media hüququ eksperti Ələsgər Əhmədoğlunun sözlərinə görə, medianın funksiyasından biri obyektivlikdir: “Medianın informasiyanı manipulyasiya etməsi, hansısa açıqlamanı kontekstdən çıxarması peşəkarlıq prinsipinin pozulmasıdır. Eyni zamanda da bu, başqasına zərər verirsə, o zaman həm də hüququn pozulması olur və qanunla yol verilməyən hallardan biridir”.

“Zərər iki formada ola bilir: maddi və mənəvi. Əgər hansısa quruma yönəlibsə, maddi zərər verə bilir. Konkret fərdə yönəlmiş olduqda isə onun işgüzar nüfuzuna, cəmiyyətdəki imicinə zərər verə bilir. İstənilən halda bu cür məqamların fərdin nüfuzuna təsiri mümkündür”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert qeyd edib ki, belə hallarda reallıq paralel olaraq ortada olduğu üçün ciddi bir zərərdən danışmaq mümkün deyil. Onun, fikrincə, bu cür hallarda ilk olaraq media öz reputasiyasına zərər vurmuş olur: “Məncə, burada ən çox uduzan informasiyanı konteksdən çıxararaq təqdim edən media və onun jurnalistləri olurlar. Eyni zamanda da ümumilikdə jurnalistlərə və mediaya olan etibarı zədələmiş olur”.

“Belə hallarda media qurumu ilk olaraq auditoriyasına üzrxahlıq etməli və səhvlərini düzəltməlidir. Əgər belə olmursa, hüququ pozulmuş, zərər görümş şəxs həm media qurumunun peşəkar tənzimlənməsini həyata keçirən Mətbuat Şurasına, əgər televiziya və ya radioda baş veribsə, Milli Televiziya və Radio Şurasına müraciət edə bilər. Bu, inzibati məsuliyyət yaradır. Buna paralel olaraq da məhkəməyə müraciət edərək mülki məsuliyyətə cəlb edilməsinə nail ola bilər”, - deyə Əhmədoğlu fikrini yekunlaşdırıb.

“Bizim Yol” MMC-nin baş direktoru Bahəddin Həzi mövzu ilə bağlı suallarımızı cavablandırarkən söyləyib ki, problemin səbəbləri məqsədli də ola bilir, peşəkarlığın və ya təcrübənin azlığından da: “Səbəb çox və müxtəlifdir. Bir səbəb kimi bunu da qeyd etmək olar ki, ola bilsin, kimsə başqalarından daha maraqlı təqdim etmək istəyir, lakin belə alınır”.

“Belə halda media orqanı ola bilsin ki, qısa müddətdə və dar mənada oxucunu inandırır, amma ümumilikdə öz nüfuzuna zərər vurmuş olur. Hələ qazanmadığın oxucu sənin ola bilər, amma itirdiyin isə artıq yox”, - deyə həmsöhbətimiz vurğulayıb.

Həzinin fikrincə, belə hallarda media qazandığı oxucunu da, hələ qazanmamış olduğunu da itirə bilər: “Xəbər hadisəni biz istədiyimiz kimi deyil, olduğu kimi göstərmək üçün var. Bundan udan olmur, uduzan isə hamı olur. Buna görə də hər iki tərəf səhvin düzəldilməsinə çalışmalıdır”.(AYNA)

Aləmdə Nəsib

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam