Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakı oyunlardan qabaq və sonra

                 

 

"Xeberinfo.com":   Bu gün şəhərdəki seyrəkliyə baxanda ürəyim elə açılır, elə sevinirəm ki,sanki dünyanı mənə bağışlayıblar. Az qalıram sevincdən harda gəldi qol aşıb oynayam. Etiraf edim ki, bir elə də oynamağımzadım yoxdur ha. Çalınan havanın da ritmini filanı tuta bilmirəm. Elə əlimi yuxarı qaldırıb oynayanlara qarışıram,bir-iki dəfə də qolumu sağa, sola fırlayıb aradan çıxıram. Və hiss edirəm ki,qıraqdan baxanlar ağız büzüb" "Yekə kişidir,sən Allah, bunun oynamağına bir bax"- deyirlər. Kim nə deyir desin,heç mənim vecimə də deyil. Mən bildiyimi kimsəyə verəsi deyiləm.Zatən indi heç kim bildiyini heç kimə vermir. Yazımın girişini saxlayıb, burda mətləbə keçirəm.

   Ay camaat, bu Avropalılar ki, var, vallah- billah yaxşı adamdırlar. Allah bunlarım cəmi ölənlərinə qəni-qəni rəhmət eləsin. Ə,canım üçün, bunlar olmasa dünya bir təhər olar ey.Bunlarda bir xasiyyət var, birdə gördün barmaq eləyib dünyanı  elə qarışdırırlar ki,heç fələk də baş açmır.Bəzən də dünyada elə nizam-tərəzi qururlar ki, heç kim qorux- qadağadan ayağını bir qarış da qırağa qoya bilmirsən, o dəqiqə sanksiya filan tətbiq edirlər. Bu sanksiya deyilən şeydə elə köpək oğludur ki, belinə mindi illərlə düşürə bilmirsən. Sonda əlin-ayağın yerdən-göydən üzüləndə məcbur olub onların çaldığı havaya oynayırsan, sümüyünə düşməsə belə.

  Neçə illər bundan qabaq, lap dəqiqi 2012-ci ilin dekabrında Avropa Olimpiya Komtəsinin baş bilənləri dedilər ki, bəs istəyirik yeni möhtəşəm bir Avropa idman oyunları keçirək  səsi dünyaya düşsün. Elə Avropanın özünün bir neçə varlı- hallı ölkəsi bu oyunları keçirməkdən imtina elədilər. Coğrafi məkanca balaca,iqtisadi cəhətcə dünyanın çox ölkəsindən öndə olan Azərbaycan bu oyunları keçirməyi boynuna götürdü. Az müddət ərzində Azərbaycan bütün gücünü ortaya qoyub gözəl,yaraşıqlı,dünya standartlarına cavab verən idman qurğuları tikib istifadəyə verdi. Artıq iştirakcı ölkələrin idamançıları və nümayəndə heyyətləri axın-axın ölkəmizin baş kəndi Bakıya gəlməkdədirlər. Bu münasibətlə ölkənin bütün güc strukturlarının əməkdaşları, yüksək çinli məmurlar, könüllülər, bir sözlə hər kəs dim-dik qonaqların pişvazındadır.

    Rayon maşınları şəhərə buraxılmır, yollar, küçələr, səkilər maşınlardan təmizlənib. İndi bir piyada kimi rahat gedib gələ bilirik. İllərdir süpürgə dəyməyən küçələr, səkilər süpürülür, zibil qabına həsirət olan yerlərə zibil qabları qoyulub, insanların mədəniyyəti artıb, atılası şeyləri bir başa yerə yox, zibil qabına atırlar, bir neçə gün bundan qabaq adamların bir- birinə olan yırtıcı münasibəti sevgiylə, səmimiyyətlə, xoş sözlə əvəzlənib. Hamının üzündə sevinc, dodağında təbəssüm var.Tətta o gün avtobusda gedən bir yaşlı qadın sürücüdən xahiş elədi ki, dayanacaqdan qıraqda avtobusu saxla, düşüm. Sürücü qayıtdı ki, bacı incimə, saxlaya bilmərəm, şəhər Avropalılarla doludur. Dayanacaqdan qıraqda avtobusu saxlayıb səni düşürərəm, onlar da görərlər. Sonra gedib ölkələrində arxamıza çən bağlayarlar, zınqıltısı, dınqıltısı dünyanı bürüyər. Qoy, bu köpək oğlu Avropa görsün ki, Azərbaycan dünyanın ən inkişaf etmiş, sivil bir dövlətidir. Əsrlərdir əl verib, əlindən tutuqları ermənilər isə barbar, işğalçı bir ölkədir.Onlar Azərbaycan torpaqlarını işğal ediblər,on minlərlə insanını öldürüb, milyondan çoxunu qaçqına, köçkünə çevriblər.Bəli, birinci Avropa oyunlarının bizdə keçirilməsi. həm də bizim haqq işimizin təbliğatında ən mühüm amillərdən biri olacaq. Doğrusü Azərbaycan sürücüsündə heç vaxt görmədiyim mədəniyyəti gördüm.Demək biz dəyişə,mədəniləşə bilərik.

  Bilirsiz ürəyimdən nə keçir? İstəyirəm Avropalılar oyunlardan sonra heç evlərinə getməsinlər, elə burdaca qalsınlar. Deyirsiniz bəs harda harda yaşayacaqlar? Nə çoxdur özümüzün ala bilmədiyimiz ağzı günə qalan evlər. Ucuz qiymətə və ya da hədiyyə kimi verərik yaşayarlar. Əsrlərdir torpaqlarımızı ermənilərə verməmişik, boş evlərimizi Avropalılara versək nə olasıdır ki? Axı biz qonaqpərvərik. Bayaqdan təklif edirəm,biriniz də soruşmursunuz onların burda qalmalarının bizə nə xeyri var? Məyər az bir müddətdə görməmisiniz onların xeyrini? Onda mən deyim: İllərdir camaatı çərlədib öldürən tıxaclar yoxdur, şəxsi takisi sahiblərinin müştəri çağıran sırtıq səslərini qulağımız eşitmir, səkilərdə maşınlar parklanmır, illərlə süpürgə görməyən küçələr,səkilər süpürgə görüb, eyvana sərilən paltarlar yığışdırılıb...siyahını nə qədər desən uzatmaq olar.

   Sizi bilmirəm,mən bir şeydən qorxuram, oyunlar başa çatan kimi bütün Avropalılar çıxıb gedəcəklər, Bakı yenə şərq şəhəri olaraq qalaca- küçə alveri, hayküyü, tıxacı, səkisizliyi,insana dəyərsizliyi, çirkliyi və s.ilə. Axı biz də insan kimi yaşamaq istəyirik.Bu haqq bizə anayasayla verilib. Yəni bütün vətəndaşlar eyni hüquqa malikdirlər, amma mən hələ ki, bunu görməmişəm.Ona görə də Avropalıların burda qalmasını istəyirəm.

 

 

Məhərrəm Şəmkirli  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam