Beynəlxalq Avtovağlalda prezidentin göstərişi yerinə yetirilmir
Sərnişinlərin haqqı tapdalanır
"Xeberinfo.com": Bu günki kimi yadımdadır kəndimizdə Zülfü adlı bir kişi və onun Zaman adlı ipə- sapa yatmayan bir oğlu vardı.Zaman böyük- kiçiyi saya salmayan,valideyinlərinin sözünə baxmayan, yekəxana, oturuşunu,duruşunu bilməyən birisi idi. Kəndin camaatı əlindən zinhara gəlmişdi. Zülfüyə də kim şikayət edirdi deyirdi ki, A başınıza dönüm, adama nə qədər deyərlər özünü yığışdır, sözə bax, camaatla yaxşı rəftar elə, onun- bunun haqqını az tapdala.Kimə deyirsən, bildiyini heç mən dədəsinə də vermir.Artıq mən də boğaza yığılmışam, tutun öldürün mənim də, sizin də canı qurtarsın.
Dəyərli oxucular, indi kəndçim Züifünün zözü olmasın Nəqliyyat Nazirliyindən,Beynəlxalq Avtovağzaldan nə qədər yazmaq, nə qədər demək olar.Amma Beynəxalq Avtovağzalda qayda- qanun yaradılmır ki, yaradılmır.Hər kəs bildiyini edir.Sizləri bilmirəm, mən avtovağzalın istifadəyə verildiyindən bu günə kimi orda Azərbaycanın qanunlarının işlədiyini görməmişəm və yəqin ki, belə getsə heç görməyəcəm də.Nə etmək mənim də taleyimə belə yazılıb və mən Azərbaycan adlı qanunları işləməyən bir məmləkətdə yaşayıram.İldə azı iki- üç dəfə rayona doğmalarımı yoluxmağa gedirəm, onda da problemlə üzləşirəm. Əsəblərim pozulur,həmi maddi, həm də mənəvi ziyana düşürəm. Mən və mənim kimi nə qədər insan az miqdarda aldığı maaşı, pensiyanı boğazından, əyin- başından kəsib hansısa ləyaqətsiz adamlaramı verməlidir?!
Bu günlərdə kənddən- doğmalarımdan xəbər gəldi ki, durma kəndə gəl. Nəyə görə belə tələsik getməyimi öyrənib, yanvarın 29-da axşam saat 8-ə işləmiş Bakı Beynəlxalq Avtovağzalına getdim. Bilet almaq üçün birinci sıradakı kassaya yaxınlaşdım. Xəzinadar xanım dedi ki, bu vaxtlar ölkə daxilinə avtobus işləmir, amma saat 8-də axırıncı avtobus- Bakı- Tibilis yola düşür, onunla gedin. Ondan lütvən bilet verməsini xahiş etdim.Şəmkir rayonunun Düyərli kəndinə kimi gedəcəyimi dedim. Bilet 12 manatdır dedi. Təkrar xatırlatdım ki, mən ölkədən çıxmıram, Düyərliyə kimi gedirəm, ora kimidə bilet heç 7 manat deyil, nə üçün 12 manat? Etiraz etdim. Qayıtdı ki, onda sürücüylə razılaşın. Yuxarı qalxıb sürücüyə müracət etdim, AZ 005-KN dövlət nömrə nişanlı avtobusun sürücüsü xəzinadardan insaflı çıxdı, 10 manat isdədi və sürücüyə də etirazımı bildirdim. O isə dedi ki,hara istəyirsiniz, kimə istəyirsiniz deyin, belədir. Kefinizə baxın. Əlacım yox idi, getməliydim.
Avtobusun yola düşməyinə bir neçə dəqiqə qalmış bir nəfər cavan oğlan sərnişinlərə " M.Trans" MMC-nin biletlərini payladı. Bütün biletlərin qiyməti qələmlə 12 manat yazılmışdı. Bu nə üçündü?-deyə ondan soruşdum. -Belə lazımdır,- dedi.
Şəhərdən çıxanda yaşlı sürücü avtobusu yanacaq doldurmaq üçün yanacaq doldurma məntəqəsinə sürdü. Sərnişinlər haqlı olaraq narazılıqlarını bildirdilər.Sürücü olan narazılığa əhəmiyyət belə vermədi. Uzun səs-küydən sonra yola düşdük. Ucara təzə çatmışdıq ki, avtobusun təkəri buraxdı, yaxınlıqdakı təkər təmiri məntəqəsində usta təkəri dəyişdi. Təxmini bu iş
yarım saatdan çox çəkdi.
Axır ki, saat 3.30 da mənzil başına çatdıq. Ydıma bu yaxınlarda keçirilən respublika konfransında ölkə prezidenti İlham Əliyevin məmurlara tapşırığı düşdü. Bu prezidentin məmurlara nə birinci. nə də axırıncı tapşırığı idi. O. konfransda üzünü məmurlara tutub dedi ki, xalqla yaxşı rəfdar edin, onların şikayət və təkliflərinə diqqətlə yanaşın. Və bu yerdə özüm- özümə sual verdim: - Əcabə,Avtovağlal rəhbərliyi prezidentin tapşırığına niyə əməl etmir, bəlkə mənəm-mənəmliklə işləyir? Elə sualımı özümdə cavablandırdım ki, bu belə olmasaydı, indiyə kimi sərnişinlərə az da olsa qanunu və mədəni xidmət göstərərdilər.
Bundan xeyli qabaq yenə kəndə gedirdim, kassadan bilet aldım.Çox çalışdım biletdə yazılmış qiyməti oxuya bilmədim. Maraq üçün xəzinadara yaxınlaşıb:-Burda yazılan qiyməti oxumaq mümkün deyil. Bunu bir az aydın yazdırın.-dedim. O, əlimdəki bileti alıb qələmlə 6 manat neçəsə qəpik yazıb mənə qaytardı. Mənə elə gəlir ki, respublikada nəqliyyat sahəsində olan qədər heç bir sahədə əliəyrilik, qanunsuzluq, vətəndaçlara hörmətsizlik, sayğısızlıq yoxdur. Amma TV-lərə müsahibə verəndə elə danışırlar ki,bunlar aydan arı, sudan durudurlar. Mən sizi inandırıram ki, sərnişinlərin heç on fayzına bilet satılmır. Pulu sürücülər yığır özü də artıqlaması ilə. Əcabə, onda xəzinədarlar kimə və nəyə lazımdı?!
Mənə gün kimi aydındır ki, avtovağzal rəhbərliyi qabaqkı şikayətlərim kimi bunu da nəzərə almayacaq, hətta yağlı bir söyüş də söyüb, işlərinə davam edəcəklər.Dəyirman bildiyini edir, çaxcaq baş ağrıdır məsəli mənə şamil olunacaq.
Məhərrəm Şəmkirli