Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Ağdam Dövlət Dram Teatrında nələr baş verir?:Direktor 100 min manatı mənimsəyib?--İDDİA

 

             Ağdam Dövlət Dram Teatrında böyük korrupsiya yaşanır.

Yenixeber.org: Bu barədə redaksiyamıza ünvanlanan məlumatda qeyd olunur ki, teatrın direktoru Məhəmməd Hüseynov pensiya yaşına çatıb və gələn ilin əvvəlində tutduğu vəzifədən ayrılacaq. Vəzifədən ayrılmadan öncə isə Məhəmməd Hüseynov özünün rahat qocalığını təmin etmək məqsədi ilə böyük mənimsəməyə əl atıb.

Teatrdan redaksiyamıza verilən məlumata əsasən ötən il Ağdam Dövlət Dram Teatrının maddi texniki bazasının yaxşılaşdırılması məqsədi ilə büdcədən ayrılan 100 min manat vəsaiti nəqdləşdirərək mənimsəyib.

Direktor Ağdam Dövlət Dram Teatrının maddi bazasını isə özünə aid olan videostudiyadan və evindən gətirdiyi avadanlıqlarla “yaxşılaşdırıb”. Həmçinin iddiaya görə direktor Məhəmməd Hüseynov bəzi teatrlardan silinmiş inventarları və köhnə paltarları alaraq Ağdam Dövlət Dram Teatrının maddi bazasını “zənginləşdirib”. Əldə etdiyi 100 min manatın 50 min manatını isə direktor Abşeron Gənclər Şəhərciyində aldığı mənzilə sərf edib. Yerdə qalan 50 min manata isə özünə yeni avtomobil alıb.

Eyni zamanda bildirilir ki, təqaüdə çıxmağa hazırlaşan direktor bu vaxta qədər “ölü can” olaraq saxlayıb maaş lartlarını özündə saxladığı ştatları da “satışa” çıxarıb. Qeyd edilir ki, ötən ay işə alınan yeni işçilərin sayının artması da bunun göstəricisidir. Yeni götürülən işçilərin ştatları barədə isə bu günə qədər çox az adam məlumatlı olub.(azfakt.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam