Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Azərbaycanda aktrisanın teatr direktoruna qarşı iddiası -təmin edilib

Nəsimi Rayon Məhkəməsində İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılovanın həmin teatrın direktoru İftixar Piriyevə qarşı iddiası əsasında məhkəmə iclası başa çatıb.

Yenixeber.org: Bu barədə Ş.Cəbrayılovanın vəkili Gülşən Salmanova bildirib.

Onun sözlərinə görə, hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ş.Cəbrayılovanın iddiası təmin edilib. O, yenidən işə bərpa olunub. Həmçinin iddianın maddi zərərlə (madi zərər hesablanacaq) bağlı hissəsi də təmin edilib.

Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Ş.Cəbrayılova həmin teatrın direktoru İ.Piriyevi məhkəməyə verib.

Belə ki, bu il avqust ayında Ş.Cəbrayılova hamilə olan zaman İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İ.Piriyev onu işdən azad edib.

İddiaya görə, İ.Piriyev Ş.Cəbrayılovanı hamilə olan zaman, ona əvvəlcədən məlumat vermədən işdən çıxarıb. Daha sonra teatrdan ona işdən çıxarıldığı deyiləndə Ş.Cəbrayılovanın halı pisləşib və uşağı tələf olub.

Ş.Cəbrayılova məhkəməyə müraciətində yenidən işə bərpa olunmasını, İ.Piriyevdən ona dəyən maddi və mənəvi zərərə görə 50 min manat təzminat tələb edir.

Xatırladaq ki, Ş.Cəbrayılova 2014-cü ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. İ.Piriyev isə 2000-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor vəzifəsində çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam