Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Azərbaycanda gəlirləri 190 manatdan az olan neçə ailə var? –STATİSTİKA


Azərbaycandakı ailələrin (ev təsrrüfatları) yalnız 6,1%-də adambaşına düşən aylıq gəlir 550 manatdan yüksək olub. 
Yenixeber.org: Adambaşına düşən aylıq gəlirləri 120 manatdan aşağı olan ailə olmayıb.
Məlumat üçün bildirək ki, 2020-ci ildə Azərabyacanda yaşayış minimumu 190 manat olub. Yaşayış minimum - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Bu səbəbdən də aylıq gəliri 190 manatdan az olan şəxslər yoxsul hesab olunur.
Açıqlanan sonuncu rəsmi statistika göstərir ki, adambaşına düşən aylıq gəlirə görə Azərbaycandakı ailələrin 9,8%-i yoxsul hesab olunur. Azərbaycandakı bütün ev təsərrüfatlarının 9,8%-də adambaşına düşən aylıq gəlir 190 manatdan az olub. Kənd yerlərində bu göstərici 10,6%, şəhər yerlərində isə 9,3% olub.
Azərbaycanda orta hesabla 2 milyon 456 min ev təsərrüfatının olduğunu nəzərə alsaq, o zaman ölkə üzrə təxminən 241 min ev təsərrüfatında adambaşına düşən aylıq gəlir 190 manatdan az olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam