Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Psixoloqa ən çox kimlər müraciət edir?

 

Hazırda mərkəzimizə abituriyentlər daha çox müraciət edir. Çünki qarşıdan imtahanlar gəlir və abituriyentlər həyacan içindədirlər. 

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Qafqazinfoya açıqlamasında Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov deyib. O bildirib ki, bundan əlavə insanlar hazırda obsessiv-kompulsiv problemləri ilə bağlı bizə müraciət edirlər: “ Bu pozuntu hallarına tez-tez əl yumağı, qapını bağlayıb amma bağlamadığını düşünərək yenidən baxmaq kimi məsəlləri demək olar. Depressiya, təşviş, həyacan keçirən insanlar çoxdur. Ürək möhkəm döyünür, elə bilir ki, bu saat öləcək. Ailədaxili problemlərlə bağlı müraciət edənlərin sayı da kifayət qədərdir. Son zamanlardakı müşahidələrim onu göstərir ki, psixiatrik pozuntusu olan uşaqları psixoloqun yanına gətirirlər. Biz o problemlə məşğul olmuruq. Bu da valideynlərin bilgisiz olmasından qaynaqlanır”.

Psixoloq ona müraciət edən insanların sırasında sənət adamlarının, müğənnilərin olduğunu da vurğulayıb. “Amma biz anonimliyə zəmanət veririk.  Çünki insanlar bizə daxilində baş verən problemlərdən danışırlar. Buna görə də, psixoloqun ağzı möhkəm olmalıldır. Nə qədər ağzın möhkəm olsa, sənə güvən da çoxalacaq. Gənc həmkarlarımıza da deyirəm ki, başqalarına hava atmaq məqsədilə sizə müraciət edənlərin adlarını açıqlamayım. Bu peşə etikasına ziddir və sizə olan inamı sarsıdacaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam