Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Füzulinin icra başçısı otağını boşaltmağa başlayıb:SƏRƏNCAM GÖZLƏYİR

 

      Fizuli rayonunun icra başçısı Alı Alıyev dünəndən etibarən iş otağını boşaltmağa başlayıb. 

Yenixeber.org: Redaksiyamıza verilən məlumata görə, icra başçısının belə bir addım atmasının səbəbi onu həmin vəzifəyə gətirilməsində dəstək vermiş iri çinli məmurun işdən çıxarılmasıdır.

Bildirilir ki, Alıyevin otağını boşaltması yaxın günlərdə vəzifəsindən gedəcəyi ilə bağlıdır. Məlumata görə, bu barədə Alı Alıyev özünün yaxınlarına da xəbər verib. Bildirib ki, onun bu posta təyinat almasında əsas rolu olan həmin iri çinli məmurun işdən çıxarılmasından sonra onun rayonda vəzifə başında qalıb-qalmayacağı sual altındadır. Hətta bu həftə içində işdən çıxarılması ilə bağlı sərəncam veriləcəyini də vurğulayıb.

Qeyd edək ki, Alı Alıyev uzun müddətdir Fizuli rayonuna rəhbərlik edir. Onun bu posta gətirilməsinin səbəbkarı isə Su və Meliorasiya ASC-nin sabiq sədri Əhməd Əhmədzadə olub. Belə ki, Əhmədzadənin ən etibarlı kadrlarından biri hesab olunan Alıyev, həm də sabiq sədrin biznesinin bir hissəsini idarə edirmiş. Redaksiyamıza verilən məlumatda deyilir ki, Haramı düzündə Əhmədzadəyə məxsus böyük heyvandarlıq kompleksi, habelə geniş əkin sahələri var. Həmin əkin sahələrinin əkilib, becərilməsi, heyvanların saxlanılması prosesini isə məhz icra başçısı nəzarət edirmiş.(jamaz.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam