Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

MTN-lə əlaqəsi üzə çıxan icra başçısı “qara siyahıda”

 

MTN-lə əlaqəsi üzə çıxan Rafil Hüseynovun can çəkişməsi, bu günlərdə sərəncam oxunacaq

"Xeberinfo.com":   Məlumata görə, Masallının icra başçısı Rafil Hüseynovun bu günlərdə sərəncamı oxunacaq. JAM.AZ-a verilən məlumata görə, sözügedən şəxsin işdən çıxarılması artıq qətiləşib. 

Rafil Hüseynovun hansı səbəbdən işdən çıxarılması məsələsinə gəlincə bununla bağlı iki versiya var. Birinci versiya ondan ibarətdir ki, artıq yuxarı dairələr icra başçısının rayonda dözülməz vəziyyət yaratdığını bilir, üstəlik indiyə qədər onun Masallıda heç bir iş görmədiyi səbəbindən narazılığa səbəb olub. 

Digər versiya isə kifayət qədər ilgincidr. JAM.AZ-a verilən məlumata görə, Hüseynovun işdən alınmasının digər səbəbi oğlunun MTN-də işləməsidir. Hətta belə bir iddia da var ki, oğlu MTN-in Monitorinq Mərkəzində bölmə rəisi olub. Ki, həmin mərkəzin rəhbəri, general Teymur Qasımov və daha bir neçə işçisi həbs olunub və dövlətə xəyanətdə ittiham edilir. Əgər həqiqətən də Rafil Hüseynovun oğlu qeyd olunan bölmədə işləyirsə, onun da istintaqa cəlb edilə biləcəyi istisna edilmir. Eyni zamanda, bu məsələnin bir ucu da gəlib atası, Masallının icra başçısı Rafil Hüseynova toxunacağı şübhəzidir. 

JAM.AZ-ın apardığı araşdırmalara görə, Rafil Hüseynovun oğlunu MTN-ə işə düzəldən şəxs isə sözügedən nazirliyin Masallı şöbəsinin sabiq rəisi olub. Belə ki, bu yaxınlarda sabiq nazir Eldar Mahmudovun işi ilə əlaqədar işdən çıxarılan rəis bir xeyli əvvəl icra başçısının nazirlikdə işə düzəlməsinə yardımçı olub. O da deyilir ki, MTN-in Masallı şöbəsinin rəisinin işdən çıxarılmasına səbəb onun Eldar Mahmudovun ən etibarlı kadrlarından biri olmasıdır. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam