Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Alı Alıyevin adı dövlət çevrilişinə cəhddə və silah alverində-İDDİA

 İllərdir Füzuli rayonunu xırıd edən Alı Alıyevin keçmişi ilə bağlı üzə çıxan maraqlı məqamlardan biri də onun keçmiş baş nazir, vətənə xəyanətdə ittiham olunan Surət Hüseynovun xas adamı olması ilə bağlıdır.

Yenixeber.org: Bu barədə Horadiz şəhər Q.Namazəliyev küçəsi ev 3 mənzil 14 də yaşayan Füzuli Şəhər məcburi Köçkünü İsmayılov Anar Süleyman oğlunun prezident Ilham Əliyevə yazdığı şikayətində bildirilib.

Anar İsmayılovun iddiasında deyilir:

“Surət Hüseynov böyük orduya sahib olan vaxtlarda da A.Alıyev onunla sıx əlaqədə olmuş və ona lazım ərzaq məhsulları eləcə də lazımı vəsaitlərin təminatında yaxından iştirak etmişdir.

Surət Hüseynovun adamı olaraq indiki icra başçısı o zamanlar orduya yardım adı altında bütün rayonu çapıb-talayıb. Bu azmış kimi, rayona rəhbərlik etməyi arzulayan Alı Alıyev əsas silah alverçisinə çevrilir. Daha sonra isə camaatın mal-qarasını belə zorla əlindən aldıraraq, onları özü mənimsəyib. Surət Hüeynov baş nazir təyinatı aldıqdan sonra Alı Alıyev artıq Füzulidə əsas söz sahibi və talançılığın başında dayanırdı.

Amma keçmiş baş nazirin dövlət çevrilişinə cəhd etməsindən sonra Alı Alıyev bir müddət müyyən səbəblərdən ortalıqdan yoxa çıxır. Sonra isə Su və Melorasiya ASC-nin rəhbəri Əhməd Əhmədzadəyə yol tapır və onunla separat danııqlara gedərk, ən sadiq adamlarından birinə çevrilir. Sovetlər dövründən 1992- ci ilə qədər Alı Alıyev Füzuli rayon "Aqroprom"un sədri vəzifəsində işləyib.

 

Həmin ərəfədə "Respublika Aqroprom"unun Sabirabad rayonunda Zonalnı müşavirəsi gedəndə həmin yığıncaqda "Respublika Aqroprom"unun qərarı ilə Alı Alıyev Füzuli rayon Aqropromunun sədr vəzifəsindən Respublika kollegiyasının qərarı ilə tutduğu vəzifədən azad olunmuşdu.

Lakin təxminən bir ildən sonra Əhməd Əhmədzadə ilə əvvəllər də iş birliyində olan Alı Alıyev onun bir nomrəli adamı olaraq Füzuli rayonu "Aqroprom"una sədr təyin olundu. Bu iş birliyi Alı Alıyevı təzədən Əhmədzadənin xüsusi göstərişi ilə o vaxtkı Füzuli rayon xalq hakimi Şəkər Məmmədova daha sonra Ağır Cinayətlər üzrə məhkəmədə hakim işləyən iş qrub qoşan Şəkər Məmmədov Alı Alıyevin Azərbaycaı "Respublika Aqroprom"unun kolleqiya iclasının qərarını ləğv edərək əmək kitabçasnı təmizləyib…”

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam