Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Çox sayda mülklər, bahalı avtomobillər, 30 min qoyun, 5 min mal-qara sahibi İCRA BAŞÇISI KİMDİR? –ŞOK DETALLAR

 

Yenixeber.org: Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Aliyevlə bağlı narazılıqlar səngimək bilmir. Füzuli rayonundan gələn kütləvi şikayətlər baxımından 10 il icra başçısı işləyən Alı Alıyevin fəaliyyətini və bioqrafiyasını qısa olaraq araşdırdıq.

Beləki, vəzifəyə gəldiyi dövürdən özünə mal-mülk, sərvət toplayan rayon rəhbri ilə bağlı rəsmi mənbələrdə bunlar yazılıb:

Füzuli Rayon İcra Hakimiyyətinin rəsmi saytında( www.fuzuli-ih.gov.az ) rayonun icra başçısı Alı Alıyev haqqında bircə cümlə yazılıb: İcra Hakimiyyətinin başçısı – Alıyev Alı Nuşrəvan oğlu.
Bəs görəsən, bu boyda rayonun icra başçısı nə vaxt doğulub, məktəbə gedib, hansı ali məktəbi bitirib, haralarda işləyib və s. Axı, bu adam göydən zənbillə icra hakimiyyətinə düşməyib. Bilinən o ki, 1977-78-ci illərdə sovxozda aqronom işləyib, 1981-83-cü illərdə hərbi xidmətdə olub. Əgər hörmətli Alıyev ali təhsil alıbsa, niyə orduda 3 il qulluq edib ? Bir sözlə, Alı müəllimin avtobioqrafiyası xeyli suallar doğurur. Görəsən, Alı müəllim öz tərcümeyi-halını niyə gizlədir?
Sözün qısası, Alı Alıyev “Meliorasiya və Su Təsərrüfatı naziri “ Əhməd Əhmədzadənin yanında 11 il “kurs keçəndən”, yəni Füzuli rayonu Suvarma İdarəsinin rəisi olandan sonra 2011-ci ildə Füzuliyə icra başçısı təyin olunub. Rayonda iş adamlarının qənimi kimi tanınan Alı Alıyev rayonda əkin sahələrinin satılması, sahibkarları “aylıq haqqa” oturtması, aylıq verməyənlərin isə həbsə göndərilməsi ilə ad çıxardıb.

Bunula yanaşı icra başçısı 1000 hektar əkin sahəsini, 30 min qoyun, 5 min iribuynuzlu təsərrüfata və müasir tipli fermaya sahibdir.

Rayonda digər narazılıq İcra başçısının oğlu Elvin Alıyevlə bağlıdır. Polis zabiti olan bu şəxs polis adına layiqli hrəkətlər etmədiyi deyilir. Bildirilir ki, bütün günü əyləncə mərkəzlərində kef çəkən Elvin Aliyev bahalı avtomobillərlə rayonda və şəhərdə avtoşluq etməklə məşğuldur. “Toyoto Corolla” – 10 RA 900. Satış mərkəzlərində qiyməti 32 min manatdan başlayır. Məlumata görə, sıradakı ən bahalı birinci maşını Elvin yalnız paytaxt Bakıda idarə edir, dostları və rəfiqlərini gəzdirir. Həmiçinin polis zabitinin bir çox qaranlıq əməlləridə rayon söz-söhbətə çevirilib.

Ölkə mediasında yayılan məlumatlara, Prezident Admnistrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları məmurlar sırasında Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin adın öndə hallanır Füzuli rayonunun rəhbərinin özbaşınalığı, qanunları saya salmaması, habelə total korrupsiyaya yol verdiyi barədə edilən şikayətlər v çox sayda narazılıqlar bilinməkdədir.”Gundəlik-bakı.com”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam