Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Vətəndaş cəmiyyəti:korrupsiyasız bərpa işləri

Ermənistanın işğalında olan vətən torpaqlarının böyük hissəsi ordumuzun 44 günlük uğurlu hərbi əməliyyatları nəticəsində azad edildi. 

Yenixeber.org: Hazırda Azərbaycan öz hərbi qələbələrini beynəlxalq ictimai rəydə siyasi-diplomatik gedişləri ilə möhkəmləndirmək istiqamətində yeni və mürəkkəb mərhələyə qədəm qoyub.

Bu mərhələdə demokratik cəmiyyət quruculuğu, vətəndaş iştirakçılığının genişləndirilməsi, idarəetmənin səmərəliliyinin artırılması, korrupsiya ilə effektli mübarizə dövlətin siyasi gücünü artıra və beynəlxalq imicini yüksəldə bilər.

 

İşğaldan azad edilən yaşayış məskənlərinin bərpası prosesində sosial ədələtin təmini və korrupsiya hallarına yol verilməməsinin vacibliyini qeyd edərək, ölkəmiz üçün yaranmış mövcud şəraiti dəqiq dəyərləndirmək və zəruri işləri həyata keçirmək istiqamətində peşəkar çalışmalara ciddi ehtiyac yaranıb.

1.İşğaldan azad edilmiş ərazilərin bərpa prosesində bu məskənlərimizin özünəməxsus tarixi aurasının, tarixi memarlıq ənənələrinin və abidələrinin qorunub saxlanılmasına;

2.Əhaliyə dəyən maddi zərərin miqyasının obyektiv araşdırılması və onlara konpensasiyanın ödənilməsində ədalət prinsiplərinin gözlənilməsinə; 

3.Kommunikasiyaların və kommunal təsərrüfatın bərpası üçün nəzərdə tutulan layihələrin effektliliyinə və dövlət vəsaitlərinin səmərəli xərclənməsinə;

4.Bərpa olunmuş yaşayış məskənlərinə əhalinin köçürülməsində, habelə, inzibati-siyasi, humanitar və  texniki-təchizat problemlərinin həlli ilə bağlı layihələrin icrasında hesabatlılığa və şəffaflığa;

 

İctimai nəzarətin, müzakirələrin, diskussiyaların və monitorinqlərin təşkili, habelə, müvafiq təkliflərin hazırlanması, hökumət qurumlarına və ictimaiyyətə təqdim edilməsi niyyəti ilə Sivil Toplumun açıq vətəndaş təşəbbüsü ilə çıxış etməyə qərar verdik. 

Sivil Toplumun nümayəndəsi, siyasi təhlilçi Nəsimi Məmmədlinin verdiyi məlumata görə təşəbbüsü ölkənin tanınmış vətəndaş cəmiyyəti nümayəndələri irəli sürüb. Təşəbbüsçülər barəsində daha geniş məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam