“Azərbaycan Prezidenti ilə Paşinyan arasında əlaqə kanalı yoxdur” -Hikmət Hacıyev
Bu yaxınlarda Azərbaycan-Ermənistan dövlət sərhədi ərazisinin Tovuz bölgəsində baş verən eskalasiya erməni təxribatının nəticəsi idi. Bu, hərbi avantürası ilə rəsmi İrəvan qarşıya bir sıra məqsədlər qoydu. Onları şərti olaraq daxili və xarici məqsədlərə bölmək olar.
Yenixeber.org: Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı Rusiyanın "Milli müdafiə" jurnalının avqust buraxılışına verdiyi müsahibədə deyib.
Hikmət Hacıyevin sözlərinə görə, daxilə yönəlmiş məqsəd Ermənistandakı çətin siyasi və sosial-iqtisadi, həmçinin COVID-19 ilə bağlı acınacaqlı vəziyyət fonunda pisləşən durumdur.
"Bildiyiniz kimi, 2018-ci ildə Paşinyan Ermənistan xalqına verdiyi populist vədlər dalğasında hakimiyyətə gəldi. Lakin zaman göstərdi ki, onun hökuməti bu vədləri yerinə yetirmək, ölkədə həyatı yaxşılığa doğru dəyişmək iqtidarında deyil. COVID-19 ilə bağlı vəziyyət Ermənistan hökumətinin səmərəsizliyini əyani şəkildə göstərdi. Buna görə artan çətinliklər fonunda Paşinyan hökuməti əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışdı".
H.Hacıyev xarici səbəblər arasında Azərbaycanın beynəlxalq aləmdəki böyük uğurlarını qeyd edib.
"Beynəlxalq mövqelərimizi gücləndirməyimiz, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyünə dəstək Ermənistanda qısqanclıq yaradır. Bu fonda, dağıdıcı siyasət yürüdən, Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan yeni bir gərginlik ocağı yaratmaqla, beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağdakı və digər işğal olunmuş ərazilərdəki vəziyyətdən yayındırmağa çalışır, lakin bu dəfə Azərbaycan-Ermənistan dövlət sərhəddində.
Bu cür təxribatlarla rəsmi İrəvan Azərbaycanın guya Ermənistan ərazisinə hücumlar etdiyi və üzvü olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməklə bağlı rəy yaratmağa çalışır.
Bundan əlavə, Ermənistanın hədəfləri arasında neft və qaz boru kəmərləri, "Şərq-Qərb" kimi strateji beynəlxalq layihələrə təhlükə yaratmaq var idi. Əminliklə deyə bilərik ki, Ermənistan məqsədlərinə çatmadı və təxribatı tam fiaskoya çevrildi".
PA rəsmisi, həmçinin deyib ki, döyüşə ilk başlayan Ermənistan silahlı qüvvələri idi. İyulun 12-də artilleriyalarından istifadə edərək Azərbaycan Ordusunun mövqelərinə hücum etdilər. Bu hücum cavab atəşi ilə dəf edildi.
“Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın Ermənistanla dövlət sərhədində heç bir hərbi planı və hədəfi yoxdur. Demilitarizasiya məqsədi ilə Ermənistanla sərhədin bu hissəsinin qorunması Azərbaycanın sərhəd qoşunlarına tapşırılıb. Azərbaycan-Ermənistan dövlət sərhədində eskalasiya Azərbaycanın maraqlarına cavab vermir. Əksinə, qeyd etdiyim kimi, bu sektorda gərginlik ocağının yaranması Ermənistanın maraqlarına uyğundur".
Bundan əlavə, Prezidentin köməkçisi Ermənistanın baş naziri Nikol Paşinyanın Bakı ilə İrəvan arasında xüsusi rabitə xəttinin yaradıldığı və bunun vasitəsilə lazım gələrsə, yaranmış silahlı insidenti həll etmək üçün Azərbaycan rəhbəri ilə əlaqə saxlana biləcəyinə dair fikirlərinə aydınlıq gətirib.
“Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında belə bir əlaqə kanalı yoxdur. İki ölkənin səlahiyyətli nümayəndələri arasında müəyyən bir rabitə kanalı var. Təcrübə göstərdi ki, Ermənistanla əlaqəli amillər, xüsusən də İrəvanda daimi kadr sıçrayışı nəticəsində bu rabitə kanalı praktiki olaraq təsirsizdir. Əslində əlaqə saxlayacaq heç kim yoxdur. Bu, bir daha erməni tərəfinin hərəkətlərində səmimi olmadığını sübut edir”.
H.Hacıyev vurğulayıb ki, 12 iyul döyüşləri zamanı Azərbaycan Ordusu ərazi bütövlüyünün qorunmasını, dövlət sərhədinin toxunulmazlığını və ölkə vətəndaşlarının təhlükəsizliyini təmin edib.
"İnanırıq ki, bu, "yeni ərazilər üçün yeni müharibə" arzusunda olanlara yaxşı dərs olacaqdır".
Prezidentin köməkçisi Azərbaycanın Dağlıq Qarabağ məsələsinin ədalətli həlli üçün necə hərəkət etmək niyyətində olduğunu da açıqlayıb. O deyib ki, Azərbaycan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik həllinə sadiq qalır. Ancaq danışıqlar naminə danışıqlar qəbul edilmir.
"Münaqişənin həlli üçün Azərbaycan ərazilərinin işğaldan azad edilməsi məsələlərinin müzakirəsi məqsədi ilə ATƏT-in Minsk Qrupu çərçivəsində əsaslı danışıqlar tələb olunur.
Azərbaycan Ermənistanın işğalçı qüvvələrinin Dağlıq Qarabağdan və ona bitişik rayonlardan çıxarılmasını və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz şəkildə qaytarılmasını tələb edir. Öz növbəsində, beynəlxalq ictimaiyyət təcavüzkar bir ölkə kimi Ermənistana beynəlxalq səviyyədə tanınan sərhədləri güclə dəyişdirməyin yolverilməz olduğuna dair açıq siqnal verməlidir.
Sonda bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Valday Beynəlxalq Müzakirə Klubunun plenar iclasında söylədiyi mövqeyi səsləndirmək istərdim: "Qarabağ Azərbaycandır və nida!".