Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hikmət Hacıyevdən Paşinyana cavab

 

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz.

Yenixeber.org: Bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Ermənistan Baş naziri Nikol Paşinyanın danışıqlar prosesinin formatı ilə bağlı açıqlamasını şərh edən H.Hacıyev bildirib ki, danışıqlar prosesi ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılır:

"Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Prezident İlham Əliyev və Nikol Paşinyan arasında üç dəfə təmasın olması, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd dəfə görüşün keçirilməsi danışıqların mövcud format əsasında aparılmasının bariz nümunəsidir.

Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyildir. Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür".(report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam