Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Macarıstan XİN başçısı:“Aİ-nin Azərbaycanla hərtərəfli saziş imzalaması lazımdır”

“Şərq Tərəfdaşlığı” proqramı post-pandemik dünyada Avropa İttifaqı üçün vacibdir”.

Yenixeber.org: Bunu Macarıstanın Xarici İşlər naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, pandemiyadan sonrakı dünyada heç nə əvvəlki kimi qalmayacaq və bu, siyasətə və iqtisadiyyata eyni dərəcədə təsir edəcək.

“Lakin buna nail olmaq üçün Aİ-yə müttəfiq qismində, tərəfdaş qismində üçüncü ölkələr lazım gələcək. Bu günə qədər Aİ yalnız sözdə “Şərq Tərəfdaşlığı”nın vacibliyindən danışıb”, - P.Siyarto deyib.

O, həmçinin Azərbaycanla hərtərəfli tərəfdaşlıq haqqında sazişin imzalanmasının vacibliyini qeyd edib: “Təbii qaz hasilatı daim artmaqda olan Azərbaycan enerji təminatında mühüm rol oynayacaq”.

Xatırladaq ki, 2016-cı il noyabrın 14-də Aİ Şurası Avropa Komissiyasının Aİ və təşkilata üzv dövlətlərin adından Azərbaycanla hərtərəfli saziş üzrə danışıqlar aparmaq mandatını təsdiqləyib. Bu yeni saziş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz etməlidir. Yeni saziş üzrə danışıqlara 2017-ci ilin fevralından başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam