Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa İttifaqının Komissarı Azərbaycana gələcək -FOTOLAR

 

 

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb.

Yenixeber.org: Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüş zamanı tərəflər Aİ-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri, habelə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə davam etdirilən danışıqların gedişatını müzakirə ediblər. Bu xüsusda, ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə Komissarı ilə keçirilmiş görüşə toxunulub.

Komissar O. Varheyli Aİ ilə Azərbaycan Respublikası arasında yeni saziş layihəsi üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib və sənədin 2020-ci ilin iyun ayında keçirilməsi planlaşdırılan Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər razılaşdırılaraq tədbir zamanı paraflanması təklifini irəli sürüb.

Görüş zamanı Azərbaycanla Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirdiyi layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi və onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri kimi mövzularda fikir mübadiləsi aparılıb.

  

 

Qarşılıqlı maraq doğuran məsələlər üzrə daha da geniş müzakirələrin aparılması, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müəyyən edilməsi məqsədilə E.Məmmədyarov O.Varheylini Azərbaycana dəvət edib. Öz növbəsində Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı təklifi məmnuniyyətlə qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam