Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Danışıqların başlamasını səbirsizliklə gözləyirik”

c2ab061ab714992040ac12e8c54303f6

 

“Avropa İttifaqına üzv ölkələr arasında strateji tərəfdaşların sayının artması bizi eyni şərtlər altında Aİ ilə dialoqu inkişaf etdirməyə ruhlandırır”.

Xeberinfo.com:   Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vıseqrad və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.
Nazir Azərbaycanın Riqa Şərq Tərəfdaşlığı sammitində Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq sazişi layihəsini təqdim etdiyini xatırladıb: “Biz əminik ki, bu saziş ikitərəfli əlaqələri keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq və Aİ-Azərbaycan əməkdaşlığının gələcəyi üçün daha yaxşı platforma rolunu oynayacaq. Bu yaxınlarda sözügedən saziş layihəsi üzrə birgə məsləhətləşmələri yekunlaşdırmışıq və hazırda danışıqların tezliklə başlamasını səbirsizliklə gözləyirik. V4 ölkələri Aİ kontekstində də bizim mühüm tərəfdaşımızdır və əminik ki, bizim önəmli Vışeqrad tərəfdaşlarımız Aİ Xarici Əlaqələr Şurası tərəfindən danışıqların aparılması üçün mandatın qəbul edilməsini təşviq edəcək”.
E. Məmmədyarov qeyd edib ki, Aİ qonşuluğunda yeni geosiyasi inkişaf və çağırışlar, həmçinin, Aİ-nin Azərbaycanla gələcək əlaqələrini formalaşdıracaq. “Ümid edirik ki, yenilənmiş Avropa Qonşuluq Siyasəti (AQS) Aİ ilə münasibətlərdə tərəfdaş ölkələrin fərqli istəklərinə uyğun olacaq. Azərbaycan əməkdaşlığın potensial sahələrinə özünün cəlb edilməsinin araşdırması məqsədilə yenilənmiş AQS-də nəzərdə tutulan birgə tematik çərçivədə Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır.
Azərbaycan özünün Avropa İttifaqı ilə münasibətlərində praqmatizmin sadiq tərəfdarı olub. Bu yanaşma Azərbaycanın atdığı ən son addımlarda, xüsusən ikitərəfli əməkdaşlığın bərpasına yönəlmiş mövcud siyasi dialoq mexanizmində öz əksini tapır”, – deyə o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam