Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa Komissiyası yaxın iki ayda - Azərbaycanla yeni saziş bağlamağa ümid edir

Avropa Komissiyası yaxın iki ayda Azərbaycanla yeni tərəfdaşlıq sazişi bağlamağa ümid edir.

Yenixeber.org:  Bu barədə Avropa Komissiyasındakı mənbələr bildirib.

Məlumatda qeyd edilir: "Mənbə noyabrın 1-dək Avropa Komissiyasının səlahiyyət müddətində razılaşmanın mümkün olduğuna dair açıq nikbinlik ifadə edib".

Qeyd edilir ki, yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi sentyabrda keçiriləcək.

Qeyd edək ki, 2016-cı ilin noyabrında Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasına Azərbaycanla hərtərəfli sazişin hazırlanması üzrə İttifaq ölkələri adından danışıqlar aparmağa mandat verib.

Yeni saziş, Aİ və Azərbaycanın bu gün qarşılaşdığı ümumi məqsəd və problemlərin daha geniş şəkildə nəzərdən keçirilməsinə imkan yaradaraq 1996-cı il tərəfdaşlıq və əməkdaşlıq razılaşmasını əvəz etməlidir.

Sənəd Azərbaycan qanunvericiliyinin və prosedurlarının daha vacib beynəlxalq və ticarət normalarına və Aİ standartlarına yaxınlaşdırılmasını nəzərdə tutur ki, bu da Azərbaycan məhsullarının Aİ bazarlarına daha asan çıxmasına səbəb olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam