Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rusiya silahlarına güvənən BƏƏ-yə böyük zərbə –“Türkiyə dronları Liviyanı Pantsir-S1 məzarlığına çevirdi”

 

 Liviyada qiyamçı general Xəlifə Həftərin qüvvələrinin Türkiyənin dəstəklədiyi hökumət qüvvələri tərəfindən çox ağır şəkildə məğlubiyyətə uğraması həm hərbi dairələr, həm də analitiklər tərəfindən müzakirə edilir.

Yenixeber.org: Türkiyə ilə Liviya arasında imzalanmış hərb və təhlükəsizlik sahələrində əməkdaşlıq müqaviləsi müharibə meydanında öz bəhrəsini verməkdədir.

Liviya ordusu paytaxt Tripolinin qərb rayonlarını Həftərdən təmizləyib, son iki həftə ərzində Tripolinin cənubu və şərqində ciddi irəliləmə qeydə alınıb.

Türkiyənin “Yeni Şafak” nəşrinə müsahibə verən analitik Məhəmməd Pərviz Bilqrami açıqlamasında deyib: “Əl Vatiyyə aeroportu və Tarhuna əməliyyatlarında Türkiyənin Silahlı Pilotsuz Uçuş Aparatları Tripolini Rusiya istehsalı olan Pantsir-S1 sistemlərinin məzarlığına çevirdi”.

4 aprel 2019-cu il tarixindən bəri Tripolini ələ keçirmək üçün hücuma keçən Həftər yaraqlılarının məğlubiyyətinin qarşısının Birləşmiş Ərəb Əmirliklərinin Rusiya, Sudan, Çad və Nigeriyadan gətirdiyi muzdlu hərbçilər, minlərlə yük təyyarəsi, silah-sursat  belə ala bilməyib.

Məhəmməd Pərviz Bilqrami deyib: “Birləşmiş Ərəb Əmirliklərinin Həftər yaraqlılarına çox sayda Rusiya istehsalı olan Pantsir-S1 hava hücumundan müdafiə sistemləri və Çin istehsalı olan Wing Loong II silahlı pilotsuz uçuş aparatları verməsinə rəğmən, heç bir uğur əldə edə bilmədilər. Əl Vatiyyə aeroportu və Tarhuna əməliyyatlarında Türkiyənin Silahlı Pilotsuz Uçuş Aparatları Tripolini Rusiya istehsalı olan Pantsir-S1 sistemlərinin məzarlığına çevirdi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam