Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qarabağın həlli təkcə Əliyevlə Sərkisyandan asılı deyil”

 

Ötən il 60 qurban qeydə alınıb. Bu ilin yanvarında isə 12. Əgər bu dinamika davam edərsə, qurbanların sayı ötənilki göstəriciləri ötəcək.
Bu ciddi məsələdir və biz zorakılığın artmasından narahatıq, çünki bu, sülh prosesi və dinc nizamlama istiqamətində iş imkanını pozur. Beləliklə, həmsədrlərin regiona gətirdikləri əsas ismarıclardan biri budur: gərginliyin azaldılması üçün nə etməliyik?” 

"Xeberinfo.com":  Məlumata görə, Oxu.az xəbər verir ki, bu barədə Mediamaks-a müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
Prezidentlərin 2013-cü ildə baş tutmuş Vyana görüşündən danışan Uorlik deyib ki, bu, onların uzun müddətdən sonra ilk görüşü idi.
“Əlbəttə, biz bu görüşdə nə baş verəcəyindən narahat idik, çünki liderlər xeyli vaxtdır görüşməmişdilər, bu vaxt ərzində gərginlik də, xeyli miqdarda ictimai ritorika da baş vermişdi. Lakin Vyana görüşü çox yaxşı keçdi. Prezidentlər 90 dəqiqə üzbəüz söhbət etdilər. Görüşdən sonra onların bizə dediklərinə əsasən bilirik ki, onlar münaqişənin həlli üzrə ən mühüm məsələlərdən danışıblar. Onlar razılığa gəlməsələr də, məzmunlu danışıq aparmaları çox ruhlandırıcı idi”.
Vyanada onlar bir biri ilə çox düzgün idilər, deyə, Uorlik danışır:
“Görüşün əsas nəticəsi o idi ki, biz prezidentləri gələcək danışıqlar üçün masa arxasına qaytara bildik. Məlum olduğu kimi, sonradan prezident Vladimir Putin Soçidə prezidentlərlə görüşdü, daha sonra Dövlət katibi Con Kerri Uelsdə NATO samitində görüş keçirdi. Oktyabrda isə prezident Olland danışıqların genişləndirilməsi üçün Parisdə Ermənistan və Azərbaycan liderləri ilə görüşdü”.
Düşünürəm ki, onların bir-biri ilə danışa bilmələri yaxşı xəbərdir”.
Uorlikin sözlərinə görə, Paris görüşündə liderlər dialoqu davam etdirmək barədə razılığa gəldilər.
“Əslində onlar dedilər ki, dialoqu intensivləşdirəcəklər, lakin şərait dəyişdi. Cəbhədə gərginlik artdı, qurbanların sayı çoxaldı, helikopterlə bağlı faciə baş verdi. Bütün bunlar prezidentlərin yeni görüşünü çətinləşdirdi. Ona görə də, indi bizim məqsədlərimizdən biri onları danışıqlar masası arxasına qaytarmaq üçün imkanların axtarılmasıdır.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam