Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Riqada prezidentlərin görüşü nəzərdə tutulmayıb“


 

"Təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ötən il olduqca gərgin keçib və bu bizim münaqişənin həlli ilə bağlı danışıqlarda irəliləyiş əldə etmək cəhdlərimizin uğursuzluğunu nümayiş etdirir"

 

 
"Xeberinfo.com":  Məlumata görə, bu barədə "Report"a ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. 
Vasitəçi tərəfləri atəşkəs rejiminə tam riayət etməyə çağırıb.
Xatırladaq ki, mayın 12-də Bişkek protokolun imzalanması və atəşkəs rejiminin qüvvəyə minməsindən 21 il ötüb.
"Həmsədrlər şəffaflığı artıraraq, təhlükəsizliyi təmin etmək və gücləndirmək, status-kvonun müsbət tərəfə dəyişəcək təkliflər irəli sürüb, lakin onlardan ardıcıl şəkildə boyun qaçırılır. Biz, həmçinin arzu edirik ki, tərəflər insanlar arasında əlaqələrin qurulması proqramlarına dair təkliflərimizi nəzərdən keçirsin. Bu erməni və Azərbaycan icmaları arasında etimad yaratmağa imkan verəcək", - C.Uorlik qeyd edib.
Həmsədr vurğulayıb ki, vasitəçilər prezidentlərin növbəti görüşünün hazırlığı ilə bağlı xarici işlər nazirləri ilə fəal iş aparırlar. "Biz hesab edirik ki, tərəflər danışıqlar prosesi çərçivəsində prezidenlərin görüşlərindən əlavə olaraq, müntəzəm görüşlər keçirməlidir. Konkret tarix hələ bəlli deyil, lakin həmsədrlər yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırır", - C.Uorlik deyib. 
ATƏT MQ həmsədrləri və Azərbaycan və Ermənistan prezidentlərinin mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək ehtimalına dair məsələni şərh edən C.Uorlik bildirib ki, belə görüş nəzərdə tutulmayıb. 
"Lakin prezidentlər görüşmək və sülh istiqamətində addımları müzakirə etmək istəsələr, həmsədrlər hər zaman buna köməklik etməyə hazırdır", - o əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam