Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Əliyev və Sarkisyan görüşməlidir”

 

   "Xeberinfo.com": ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik Ermənistan və Azərbaycan prezidentlərinin yaxın gələcəkdə görüşünün əhəmiyyətini vurğulayıb.“Danışıqlar prosesində yeni mərhələyə daxil olmağa ehtiyac var. İntensiv danışıqların yeni mərhələsinə başlamaq və əhəmiyyətli irəliləyişə nail olmaq lazımdır” – deyə, Uorlik Amerikanın Səsi Azərbaycan bölməsinə müsahibəsində bildirib. 
Diplomat qeyd edib ki, insanlar 20 il ərzində müharibədən yorulublar və onlar maliyyə resurslarının xərcləndiyini bilirlər. 
Uorlik cəbhə xətti və Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş verən gərginliyə görə narahat olduğunu bildirib. 
O, əlavə edib ki, həmsədrlər bu gərginliyin azalmasının şahidi olmaq istəyirlər. 
Rusiyanın mövqeyi barədə danışan Uorlik Rusiyanın xarici işlər naziri Sergey Lavrov regiona səfəri zamanı tərəfləri Fransa prezidenti Fransua Ollandın dəvətini qəbul etməyə səsləməsini vurğulayıb. 
“Biz bununla razılaşırıq. Prezidentlər dəvət qəbul etməli və məhsuldar danışıqlara başlamalıdırlar. Biz Rusiya tərəfi ilə yaxşı anlaşırıq. Mən Rusiya və Fransadan olan həmsədrlərlə birgə işləyirəm. ABŞ ATƏT-in Minsk qrupunun fəaliyyətinə sadiqdir. Lakin biz bacardığımız qədər ikitərfli qaydada da kömək etməyə hazırıq” – deyə, Uorlik bildirib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam