Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

“Cəbhə xəttində artilleriyanın işə düşməsi-Ermənistana mesajdır”

“Cəbhə xəttində artilleriyanın işə düşməsi Ermənistana mesajdır”

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin nizamlanamsı istiqamətində mərhələli həll planını açıqlamasından sonra Qarabağ klanı Paşinyana qarşı yeni cəbhə açır. Onlar Baş naziri Qarabağı Azərbaycana verməkdə günahlandıraraq siyasi revanş götümək istəyir. Amma qüvvələri yoxdur". 

Yenixeber.org: Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Sergey Lavrovun bu açıqlması Paşinyan iqtidarını çox pis vəziyyətlə üzləşdirib. Onlar hər vəchlə bunu yalanlamağı və mərhələli həll planın olmadığını qeyd edirlər. "Təbii ki, onların bu arqumenti əsassızdır və mərhələli həll planına uyğun olaraq danışıqlar masasında əyləşiblər. Amma, məsələnin digər fərqi ondadır ki, işğalçı tərəf planı mahiyyətcə qəbul etsə də, ilk növbədə Qarabağın statusunu ilkin şərt kimi irəli sürürlər. Bu ilkin şərt Qarabağın müstəqilliyi deməkdir. Bundan əlavə, mərhələli həll formulu özü polemikadı və münaqişənin həllini kifayət qədər uzadır. Burada xalqların öz müqqədaratı prinsipinin ehtiva olunması, birbaşa işğal faktorunda erməni amilini qabardır. Qarabağın həll formulu bütün danışıqları tormozlayır və bizim yekunda əleyhimizə işləyə bilər. Həmçinin xalqların özünün müqqədartının həlli prinsipi Qarabağ münaqişənin həllində ən problemli məsələdi və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə əsaslanmalıdır. Amma Ermənistan tərəfi qəti şəkildə Qarabağın Azərbaycanın tərkibində olmasını qəbul etmir. Ona görə də işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində danışıqların yekun nəticəsi yalnız danışıqların pozulması olacaq. Bu onda baş tutmaya bilər ki, Minsk formatı kənara çəkilsin, Azərbaycan və Ermənistan özü bir araya gəlib, həll formulunu müəyyən edib razılığa gəlsin. Belə bir imkan və şərait mümkündür. Amma maraqlı ölkələr buna imkan vermir. Hazırda Ermənistan daxilində ümumi siyasi vəziyyət gərginləşir. Paşinyana qarşı yeni cəbhə formalaşır. Keçmiş Təhlükəsizlik Komitəsnin sədri Vanetisyan yeni siyasi qüvvə toparlayır. Rusiya da bu şəxsi dəstəkləyir. Göründüyü kimi, daxildə siyasi gərginliklər Paşinyanın Qarabağ danışıqlarında kompromis mövqe tutmasını qarşısını alır. Azərbaycan yalnız təzyiq vasitəsilə münaqişənin həllini sürətləndirə bilər. Artıq uzun müddətdən sonra cəbhə xəttində artilleriyanın işə düşməsi Ermənistana mesajdır. Nikol Paşinyan öz xalqını sülhə hazırlamadı və substantiv danışıqlara razı olsa da nəticədən çəkinir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam