Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Siz axı ABŞ yox, Gürcüstansız...” -Ukraynadan Gürcüstana sərt cavab

 

 

 Mixail Saakaşviliyə Ukrayna baş nazirinin müavini vəzifəsi təklif olunmasına Gürcüstan hökumətinin reaksiyası Kiyevdə etirazla qarşılanıb.

Yenixeber.org: Prezident partiyası – “Xalqın xidmətçisi”nin parlament fraksiyasının rəhbəri David Araxamiya Savik Şusterin proqramında çıxışında Gürcüstan hökumətinin bəyanatını Ukraynanın suveren işlərinə müdaxilə kimi qiymətləndirib: “Əgər bu təyinatla bizim diplomatik problemlərimiz yaranacaqsa, Gürcüstan üçün daha böyük problem yaranacaq. Siz axı Amerika deyilsiniz, hansı ki belə məqamlarda deyirlər, sizin diplomatik problemləriniz yaranacaq. Siz Gürcüstansınız. Bunu unutmaq lazım deyil.”

David Araxamiya özünün də gürcü olduğunu xatırladaraq Saakaşviliyə Gürcüstanın indiki hökumətinin münasibətini yaxşı başa düşdüyünü söyləyib: “Bu, sadəcə olaraq, təzyiq cəhdidir. Biz suveren dövlətik və heç bir ölkə baş nazirin müavini vəzifəsinə kimi təyin etmək, kimi etməmək haqda bizə nəsə deyə bilməz”.

D. Araxamiya çoxsaylı ukraynalı turistin hər il Gürcüstanı ziyarət etdiyini söyləyərək bu ölkə hökumətinə yüngülvari xəbərdarlıq da edib: “Dəqiqdir ki, kimsə hardasa kimisə hansısa vəzifəyə təyin edirsə, buna görə turistləri itirmək Gürcüstana sərfəli deyil”.

Qeyd edək ki, Gürcüstanın baş naziri Georgi Qaxariya M.Saakaşvilinin Ukraynada dövlət vəzifəsinə təyin olunacağı halda, Kiyevdəki Gürcüstan səfirini geri çağıracaqlarını açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam