Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İnanırıq ki, Bakı ilə razılığa gələcəyik -Tiflis

Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası çox qısa müddətdə həllini tapmalıdır. Heç kim bu cür məsələlərdən sui-istifadə edib ölkədə etnik zəmində qarşıdurma yarada və Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz.

Yenixeber.org: Bu sözləri Gürcüstan Baş nazirinin müavini, Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Georgi Qaxaria söyləyib.

Nazir insanları bu cür məsələlərdə son dərəcə ehtiyatlı olmağa və milli zəmində münaqişə yaratmamağa çağırıb. O, Gürcüstan hökumətinin bu məsələdə qardaş Azərbaycan ilə razılığa gələcəyinə ümid etdiyini bildirib. Nazir deyib: “Mən insanları birmənalı şəkildə milli və etnik münaqişələrə səbəb ola biləcək məsələlərdən uzaq olmağa çağırıram. Biz inanırıq ki, demarkasiya məsələsində strateji tərəfdaşımız olan qardaş Azərbaycan ilə razılığa gələcəyik. Bu razılıq əsasında bütün mədəni irs məsələləri də əksini tapacaq”.

Qeyd edək ki, son günlər bəzi gürcü siyasətçilər Azərbaycan–Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” məbədi (və ya “David Qareci” məbədi) ilə bağlı məsuliyyətsiz bəyanatlar yaymaqla ictimaiyyəti çaşdırmağa çalışırlar.Azərtac


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam