Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Müsavat Partiyası dəyişmək istəmir”

 

Vaşinqtonda səfərdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Amerikanın Səsinə müsahibədə səfərinin məqsədi və keçirdiyi görüşlərdən danışıb. "Xeberinfo.com":  Məlumata görə, Cənab İbadoğlu habelə Müsavat Partiyası üzvlüyündən çıxarılması və ölkədəki hazırki siyasi mühit barədə də fikirlərini bölüşüb. Qubad İbadoğlu ilə müsahibəni təqdim edirik:

-Qubad bəy, bir neçə gün əvvəl başqanlığa namizədi olduğunuz Müsavat Partiyasının divanı sizin üzvlüyünüzü ləğv edən qərar çıxarıb. Sizin bu qərara və haqqınızda verilən açıqlamalara münasibətiniz nədir?
– Qərar bir daha onu göstərdi ki, Müsavat Partiyasında bir qrup öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir və nizamnamənin tələblərini nəzərə almadan öz istəkləri, arzularına uyğun olaraq qərarlar qəbul etmək praktikasını davam etdirir. Yanlış qərar idi və bu, Müsavatdaxili barışığa deyil, gərginliyə və eyni zamanda bölüşdürücülüyə xidmət edən bir qərar idi. Bu qərardan sonrakı vəziyyət də göstərdi ki, həqiqətən Müsavat Partiyasının divanının çıxardığı qərar əsaslandırılmamış olub. Çünki mənim fəaliyyətimdə ümumiyyətlə intizamlılığın pozuntusundan danışmağa dəyməz. Müsavat Partiyasının bütün tədbirlərində iştirak edib, partiyanın əlaqədar işlərində həmişə töhvə verməyə çalışmışam. Məsələ bundan ibarətdir ki, qərar qəbul etməmişdən iki ay öncə Müsavat Partiyasının məclisinə rəhbərlik və digər vəzifələri təklif edirdilər. Əsas məqsəd ondan ibarət idi ki, partiyanın siyasəti, idarəçiliklə bağlı fikirlərim, tənqidi qeydlərim azalsın. Bu qərar bir daha onu göstərdi ki, Müsavat daxilində tənqidi fikirlərə, sözə dözümsüzlük var. Baxmayaraq ki, partiyanın nizamnaməsində ona görə iltizam tədbirinin görülməsi qadağan olunur, amma bütün bunlara baxmayaraq, vəzifələrdən sui-istifadə edib, nizamnamə pozuntusuna yol verərək belə bir qərar qəbul olundu.
-Ümumiyyətlə sizin fikrinizcə, partiyada nə baş verir? Son altı aya yaxın müddətdə baş verən partiyadaxili fikir ayrılıqlarını nə ilə əlaqələndirərdiniz?
– Partiya keçid dövrünü yaşayır. Əvvəllər İsa Qəmbərin idarə etdiyi partiya var idi və orada İsa Qəmbərin heyranları çox idi. Onun qəbul etdiyi qərarlarla bağlı partiya üzvləri demək olar ki, həmişə ona dəstək nümayiş etdirirdilər. Sonra partiyada qurultay oldu və qurultayda seçki pozuntularına yol verildi və eyni zamanda qurultayqabağı nizamnamə pozuntuları var idi. Qurultay günü də qurultay nümayəndələrinin iradəsinə müdaxilə halları qeydə alındı və bütövlükdə başqanlığa namizəd seçkilərində ədalət prinsipi pozuldu. Bu baxımdan da narazı olan adamlar çalışıb öz təklifləri, qeydləri ilə partiyanın qurultaydan sonrakı dövründə idarəçiliyə töhvə vermək niyyətində idilər. Qurultaydan sonra, oktyabrın 6-da biz Müsavat Partiyasının işinin yenidən qurulması və gücləndirilməsi ilə bağlı təkliflər paketini də təqdim etdik. Amma bəlli oldu ki, Müsavat Partiyası dəyişmək istəmir. Partiyanın indiki idarəçiliyi əvvəlki idarəçiliyi davam etdirmək istəyir. Sadəcə olaraq burada ən böyük fərq ondan ibarətdir ki, əvvəl partiyanın başqanı İsa Qəmbər idi, indi isə Arif Hacılıdır. İsa Qəmbər partiya üzvlərinin əksəriyyəti tərəfindən qəbul olunurdu, 22 il partiyanın başqanı olmuşdu, Arif Hacılı isə öz addımlarında və çıxışlarında səhvə yol verə-verə, son nəticədə Müsavat Partiyasındakı daxili gərginliyi artırdı. Biz onunla bir dəfə görüşdük və eyni zamanda 23 noyabr tarixində, respublika müşavirəsində Müsavat Partiyasında barışıq naminə tövsiyələrlə çıxış etdim. Amma bəlli oldu ki, partiyada qurultaydan sonra baş vermiş çat getdikcə dərinləşdi, partiyada ədalət istəyən adamlar getdikcə repressiyalara məruz qaldılar, bəziləri partiyadan çıxarıldı, onların hüquqlarının qorunması ilə bağlı Müsavat Partiyasında Hüquqların Müdafiə Komitəsi yaradıldı. Bütün bunlara dözümsüzlük nümayiş etdirən partiya rəhbərləri yenə də səhvə yol verərək üzvlərin partiya sıralarından uzaqlaşdırılması xəttini seçdi.
-Bir az da Vaşinqton səfərinizdən danışaq. Artıq bir neçə gündür Vaşinqtondasınız. Səfərinizin məqsədi nədir? Kimlərlə görüşlər keçirirsiniz, hansı mövzuları müzakirə edirsiniz?
-Vaşinqton səfərini bir neçə təşkilatın dəvəti əsasında reallaşdırmışam. Onlar arasında Dünya Bankı, Beynəlxalq Şəffaflıq və Hesabatlılıq Təşəbbüsü Təşkilatı, Ödədiyini Açıqla təşkilatı və Çoxtərəfli Təşəbbüs Qrup var. Demək olar ki, dörd tədbirə qatılıram. Bu tədbirlər əsasən şəffaflıq sahəsində olan tədbirlərdir. Dünən biz bu tədbirdə Azərbaycanda və regionun vətəndaş cəmiyyətinin durumunu müzakirə etdik, beynəlxalq təşəbbüslərdə iştirak imkanlarını qiymətləndirdik, o cümlədən şəffaflıq və açıq hökumət təşəbbüsündə Azərbaycan vətəndaş cəmiyyətinin iştirakı məsələsi müzakirə mövzusu oldu. Mən bu barədə çıxışlar etdim. Görüşlərim bu istəqamətdə də davam etdəcək. Bu görüşlər Dövlət Departamentinin nümayəndəsi, Dünya Bankının nümayəndələri, eyni zamanda burada fəaliyyət göstərən təşkilatların təmsilçiləri ilə olacaq.
-Parlament seçkiləri ilində sizin gələcək fəaliyyətinizin nədən ibarət olacağını bilmək istərdik. Seçkilərə qatılmağı düşünürsünüzmü?
-Hələlik bu barədə yekun qərarımız yoxdur. Biz bu ili Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilatlanma ili elan etmişik. Təşkilatlanmanın bir mərhələsini biz fevralın 21-də başa çatdıracağıq. 21-də təsis konfransı olacaq. İkinci mərhələ isə həmin təsis konfransından sonra başlayır və nəzərdə tutulur ki, iyul ayına kimi davam etsin və biz avqust ayında artıq Demokratiya və Rifah Hərəkatının bütün ölkə üzrə təşkilatlanmasına nail olmaq niyyətindəyik. O zamana siyasi situasiyasını dəyərləndirib qərar vermək niyyətindəyik. Bəri başdan deyim ki, Demokratiya və Rifah Hərəkatı ictimai təşkilatdır. Azərbaycan qanunvericiliyinə görə, belə təşkilatların seçkidə iştirak etmək hüququ yoxdur. Ancaq üzvlərin fərdi qaydada, majoritar dairələrdən seçkidə namizədliyi nəzərdə tutulur.
- Bildiyiniz kimi son zamanlar Azərbaycanda bir çox QHT-lər bağlanıb, onlara qarşı cinayət işi başlanıb, bir çox adamlar həbs edilib. Bu fonda Azərbaycanda hazırki siyasi mühiti necə qiymətləndirirsiniz?
– Çox pis dəyərləndirirəm. Artıq bu məlumatlar ölkə səviyyəsindən çıxıb və beynəlxalq müzakirələrdə də Azərbaycandakı vətəndaş cəmiyyətinin durumu təəssüf doğurur. Bir çox adam bu istiqamətdə gedən proseslərdən həqiqətən məyus olublar. Bu gün düşünürəm ki, Azərbaycan hakimiyyəti artıq yeni bir siyasət yeritməlidir, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün bərabər imkanlar yaratmalıdır. Təəssüflər olsun ki, bu istiqamətlərdə atılan addımlar bir qrup vətəndaş cəmiyyətinin mənafeyinə xidmət edir. Yenə də hesablarına blok qoyulmuş, təzyiqlər altında olan, müyyən repressiyalara məruz qalan vətəndaş cəmiyyətləri institutlarının və konkret olaraq QHT-lərin işi Azərbaycanda iflic vəziyyətindədir. Biz 2009-cu ildə Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi yaratmışıq. Həmin komitə çərçivəsində hazırda bu istiqamətdə müzakirələrə başlamışıq və yaxın zamanlarda Azərbaycandakı mövcud vəziyyətin dəyərləndirilməsi ilə bağlı hesabatla çıxış edəcəyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam