Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Müsavat dəftəri ADR Hərəkatı üçün artıq qapanmışdır!"

 

Xeberinfo.com:  "ADR Hərəkatı heç bir siyasi partiyanı, o cümlədən, Müsavatı məhkəməyə verməyib. Biz gələcəyə baxırıq, amalımız demokratik, azad və müstəqil Azərbaycandır. Çox təəssüf ki, hazırkı rəhbərliklə təmsil olunan Müsavat Partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirdiyinə görə, bizim mübarizəmizin vizyonundan kənardadır".

Məlumata görə, bunu Müsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bir qrup sabiq müsavatçının partiyanın hazırkı rəhbərliyini məhkəməyə verməsinə münasibət bildirərkən deyib.

Q. İbadoğlu bildirib ki, Müsavat Partiyası təmsilçilərinin məhkəmədə və mətbuatda bu məhkəməni ADR Hərəkatı ilə bağlamaq cəhdləri həqiqi müsavatçıların partiyadan kənarlaşdırılmasına, partiyadaxili demokratiyanın pozulmasına yanlış hüquqi və siyasi don geyindirmək cəhdinin təzahürüdür. Onun sözlərinə görə, ADR Hərəkatının rəhbərliyi müxtəlif partiyaları təmsil edən üzvlərinin şəxsi qərarlarına hörmətlə yanaşır və belə məsələlərə qarışımır: "Mənim şəxsi mövqeyimə gəlincə, Müsavatın hazırki qeyri-legitim rəhbərliyi ilə mübarizənin hakimiyyətin nəzarətində olan müstəvidə aparılmasını məqbul hesab etmirəm, inanıram ki, vaxt gələcək, onlara ən böyük divanı tarix quracaq. Unutmayın ki, keçmişlə uğraşanın gələcəyi olmaz! Şərəfli keçmişi olan Müsavat dəftəri ADR Hərəkatı üçün artıq qapanmışdır!".

Xatırladaq ki, Müsavatın bir qrup sabiq üzvü partiyanın sonuncu qurultayının nəticələrinin ləğvi üçün məhkəməyə müraciət edib. Qurultayda Arif Hacılı Müsavat Partiyasının başqanı seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam