Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Görəcəklər ki, Müsavatda heç kim qalmayıb”

 

“Nizamnaməni pozanlar bu cür açıqlama verənlərdir və ilk cəzanı da Nizamnaməyə zidd bəyanatla çıxış edənlərə vermək lazımdır. Çünki bu açıqlama nəinki Müsavat Partiyasının Nizamnaməsinə, ən əsası Azərbaycan qanunvericiliyinə və insanların fundamental azadlığına ziddir. Onlar bilməlidirlər ki, istənilən şəxs azad şəkildə ictimai təşkilatlarda birləşə və fəaliyyət göstərə bilər. Bu, hər bir vətəndaşın fundamental hüquqlarından biri olan birləşmək hüququdur. Bu dəyərlərə hörməti olmayan adamların siyasi fəaliyyətlə məşğul olması partiyadakı vəziyyəti aydın göstərir”.
"Xeberinfo.com":  Məlumata görə, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri, Divanın qərarı ilə partiyadan kənarlaşdırılan Qubad İbadoğlu deyib. Müsavat Partiyası İcra Aparatının sədri Gülağa Aslanlının açıqlamasını şərh edən Q. İbadoğlu bildirib ki, partiya daxilində Nizamnamə norması insanların ictimai mənsubiyyətinə görə tətbiq oluna bilməz: “Bu açıqlama həm də Müsavatda partiyadaxili demokratiyanın olmamasının, əks fikirə dözümsüzlüyün göstəricisidir. Belə anti-demokratik açıqlamalar partiyanın onsuz da gündən-günə azalan nüfuzuna ciddi zərbədir. Bu açıqlama mənim partiyadan nəyə görə uzaqlaşdırıldığıma da aydınlıq gətirdi. Bu açıqlama göstərdi ki, mənim partiyadan uzaqlaşdırılmağım rəhbərlik etdiyim Azərbaycan Demokratiya və Rifah Hərəkatının uğurlarına görədir, bu qərar hüquqi deyil, siyasi müstəvidə sifarişlə və rəqiblərə qarşı qeyri-sağlam yanaşmadan, qısqanclıqdan irəli gələrək verilib. Bu isə acizlərə məxsus xüsusiyyətdir. Bu açıqlama Müsavat Partiyasında yeni “təmizləmə” əməliyyatlarına başlanacağından da xəbər verir. Belə gedişlə bir də görəcəklər ki, partiyada mövcud rəhbərlikdən başqa heç kim qalmayıb. Onlar hələ də başa düşmürlər ki, sıravi üzvlərsiz rəhbərlik heç kimə lazım olmayacaq”.
Xatırladaq ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa AslanlıAPA-ya açıqlamasında ADR-də olan Müsavat üzvlərinin Nizamnaməni pozduqları halda cəzalandırılacaqlarını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam