Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistanda Konstitusiya Məhkəməsi dəyişikliyi:PAŞİNYAN REFERENDUMLA RƏQİBİNİ OYUNDAN KƏNARLAŞDIRIR

 

Ayk Xalatyan, Kirill Krivoşeyev

“Kommersant”, 18.02. 2020

 

Yenixeber.org: Ermənistanda aprelin 5-nə təyin edilmiş referendumdan əvvəl təşviqat-təbliğat kampaniyası başlayıb. Seçicilər Konstitusiya Məhkəməsinin (KM) 2015-ci ilədək təyin edilmiş üzvlərinin istefasının lehinə və ya əleyhinə səs verməli olacaqlar. Dəyişikliklər baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb. Onun üçün referendum, başqa heç bir vasitə ilə mümkün olmadığından, sözün əsl mənasında, rəqibini, Konstitusiya Məhkəməsinin rəhbəri Hrayr Tovmasyanı siyasi sahədən kənarlaşdırmaq yoludur.

Konstitusiya dəyişikliyini dəstəkləyən təşəbbüs qrupuna ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan rəhbərlik edir. Ancaq bu, kifayət qədər formal bir şeydir: Ermənistan baş nazirinin özü və onun “Mənim addımım” bloku islahatın lehinə əsas təşviqatçı olacaq.

Cənab Paşinyan və tərəfdarları əmindir ki, düzəlişin qəbul edilməsi ən vacib orqana – Konstitusiya Məhkəməsinə inam böhranını aradan qaldırmağa kömək edəcək.

Mövcud konstitusiya 2015-ci ildə qəbul edilib. Onun mətni faktiki olaraq keçmiş prezident Serj Sarkisyanın baş nazir kimi səlahiyyətlərini genişləndirmək üçün hazırlanıb. Yeni dəyişikliklərin məqsədi əksinədir. Nikol Paşinyan, nəhayət, dövlət başçısına etinasızlıq nümayiş etdirən köhnə elitanın nümayəndələrindən yaxa qurtarmaq niyyətindədir.

Hökumətdəki genişmiqyaslı dəyişikliklərdən və erkən parlament seçkilərindən sonra belə insanlar yalnız bir dövlət orqanında qalıblar – mövcud qanunlara görə, ləğv oluna bilməz Konstitusiya Məhkəməsində.

Vəziyyəti çətinləşdirən məqam budur ki, bəzi hakimlər köhnə konstitusiyaya uyğun olaraq təyin edilib, buna görə də, onların səlahiyyət müddəti 65 yaşla məhdudlaşır. Mövcud konstitusiya, öz növbəsində, Konstitusiya Məhkəməsi üzvlərinin yalnız 12 il vəzifədə qalmasına imkan verir.

Nikol Paşinyan tərəfindən təklif edilən dəyişikliklər, köhnə konstitusiyaya uyğun olaraq təyin olunan Konstitusiya Məhkəməsinin bütün üzvlərinin istefasını təklif edir.

Bu, məhkəmə sədri və Ermənistan baş nazirinin əsas siyasi rəqibi Hrayr Tovmasyanın rəhbərlik etdiyi 9 hakimdən yeddisinin dəyişdirilməsi deməkdir.

Dəyişikliklərin tərəfdarları ilə hər şey aydındırsa, əleyhdarlar haqqında qəti bir şey söyləmək olmaz. Siyasi qüvvələrin Bazar ertəsi axşamından əvvəl islahatlara qarşı təşəbbüs qrupuna qoşulma fürsəti var idi, lakin heç kim bundan istifadə etməyib. Ancaq bu, əleyhdarların yoxluğu mənası vermir.

Referendum ideyasını kəskin tənqid edən “Maariflənmiş Ermənistan” parlament partiyasının rəhbəri Edmon Marukyan”Kommersant”a izah edib: “Hakimiyyət kampaniyasının bütün məntiqi “Xeyr” təşəbbüsünün formalaşmasından sonra onu “qaranlıq qüvvələr”lə, köhnə hökumətlə, korrupsioner məmurların müdafiəsi ilə bağlamaqdan ibarətdir. Sonra insanların referenduma gəlməsinə inandırmaq üçün bu qrupa qarşı təbliğat aparılıb. Biz “şeytanların axtarışında” iştirak etməmək qərarına gəldik. Bu birincisi. İkincisi, prosesin konstitusiyaya zidd olduğunu söylədik. Yəni “Bəli” qərargahında iştirak və “Xeyr” qərargahında iştirak da konstitusiyaya ziddir”.

Digər müxalifət partiyası, “Çiçəklənən Ermənistan” daha yumşaq mövqe tutub. “Referendumun birbaşa demokratiya institutu olması ideyasına etiraz edilə bilməz, – deyə parlament fraksiyasının katibi Arman Abovyan “Kommersant”a bildirib. – Ancaq məsələnin doldurulması çox sayda qanuni sərtliyə, uyğunsuzluğa malik idi və bu da cəmiyyətdə müəyyən şübhələrə səbəb olub. Referendumun parlamentdəki müzakirəsi zamanı hakim partiyanın bu qanunsuzluqları aradan qaldırmaq üçün 24 saat birlikdə işləmə təklif etdik. Çağırışımız eşidilmədi və hakimiyyət əslində, bu prosesə görə siyasi məsuliyyəti öz üzərinə götürdü. Xahiş edirəm bunun boykot olmadığını vurğulayın. Biz boykot etmirik, sadəcə iştirak etmirik”.

Buna görə də, yəqin ki, “Əleyhinə” qrupunu partiyalar deyil, dəyişikliklərdən narazı olan hüquqşünasların təşəbbüs qrupu yaratmalıdır.

Bu barədə “Kommersant” onun nümayəndəsi Ruben Melikyan bildirib. O, dəyişikliklərə qarşı düşərgənin qurulmasının hakimiyyətin işinə yaraması tezisi ilə razılaşmır. “Prosesə nəzarət etmək lazımdır. Başqa tərəf yoxdursa, bu cür imkanlar cüzidir”.

Eyni zamanda, Nikol Paşinyanın yüksək reytinqinə baxmayaraq, düzəlişlərin təsdiqlənməsi zəmanətli görünmür. Konstitusiyaya görə, “Referenduma təqdim edilmiş akt, referendum iştirakçılarının yarısından çoxu, ancaq referendumda iştirak etmək hüququ qazanan vətəndaşların dörddə bir hissəsinin lehinə səs verdikdə qəbul edilir”. Qələbə üçün hökumət tərəfdarları ən az 643 min səs toplamalıdır. Nəzərə alsaq ki, 2018-ci ilin dekabrında keçirilən parlament seçkilərində 883 min adam “Mənim addımım”ın lehinə səs verib, bu, real görünür.

Bununla belə, Qafqaz İnstitutunun (Yerevan) tədqiqatçısı Hrant Mikaelyanın sözlərinə görə, 25 faizlik hədd hazırda “hakimiyyətin seçki həddinə yaxındır”. “Hakimiyyət hələ də lazımi sayda səs ala bilmirsə və inzibati resursdan istifadə etmək riski ilə üzləşirsə, bu sabitliyi poza biləcək ciddi riskdir”, – deyə o, “Kommersant”a müsahibəsində əlavə edib.

Konstitusiya dəyişikliklərini avtoritarizmə doğru addım hesab edə biləcək Qərb qurumlarının tənqidini də istisna etmək olmaz. Lakin “Mənim addımım” blokundan olan deputat Mikael Zolyan Avropadan dəstəyə ümid edir. “Düşünmürəm ki, qanunu vəziyyətə uyğunlaşdırmağa cəhdi barədə danışırıq. Açıq bir ziddiyyət, hətta deyərdim ki, konstitusiya böhranı var. Bu ziddiyyəti mümkün olan ən demokratik yolla – xalq referendumu yolu ilə həll edirik”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam