Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan referenduma gedir -Baş nazirdən rəqiblərinə yeni həmlə

 

Ermənistan apreldə konstitusiyaya dəyişikliklər üzrə referendum keçirməlidir. Bu, Baş nazir Nikol Paşinyanın ölkənin Konstitusiya Məhkəməsində hakimlərdən çoxunu vəzifədən kənarlaşdırmaq cəhdi hesab olunur.

Yenixeber.org: Prezident Armen Sarkisyan fevralın 9-da fərman imzalayaraq səsverməni aprelin 5-nə təyin edib. Üç gün öncə isə parlament referendumun keçirilməsinə səs verib. Səsvermə məhkəmənin 9 üzvündən 7-nin işdən çıxarılması ilə sonuclana bilər. Həmin hakimlər 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnmiş etirazlardan qabaq təyin olunublar.

Yeddi hakimin yerinə təyinatı Paşinyanın “Mənim Addımım” blokunun çoxluq təşkil etdiyi Milli Assambleya edəcək. Vəzifəyə daha sonra təyin olunmuş iki hakim isə postda qalacaq.

“Aprelin 5-də biz İnqilaba, Azadlığhə deyəcəyik, korrupsiyanıüzünə qapını bağlayacağıq,– Sarkisyan fərmanı imzalayandan sonra Paşinyan “Facebook” səhifəsində yazıb.

Paşinyan sözügedən yeddi hakimi Ermənistanın keçmiş rəhbərliyi iləəlaqələri saxlamaqda, özünün dediyi kimi, müstəqil ədliyyənin qurulması məqsədi daşıyan islahatlarıəngəlləməkdə ittiham edir. Tənqidçiləri isə baş nazirin məhkəmələr üzərində nəzarəti saxlamağa çalışdığını iddia edir.

Dekabrda Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyana ədliyyə naziri olarkən hakimiyyətdən sui-istifadə ittihamı irəli sürülüb. Özü isə ittihamı siyasi motivli adlandırıb. Dekabrın əvvəlində qəbul olunmuş mübahisəli qanun Tovmasyan və Konstitusiya Məhkəməsinin yeddi digər hakiminə mandatları başa çatmamış təqaüdəçıxmaq üçün maliyyə imtiyazları nəzərdə tutub.

Prezident administrasiyası prezidentin parlamentin sözügedən qərarıyla bağlı funksiyalarını izah edib.

İzahda qeyd olunur ki, prezident referendum gününü təyin etməklə, yaxud etməməklə, özünün konstitusiya dəyişikliklərinə münasibətini ifadə etmir.

Nikol Paşinyan isə Facebook-da canlı efirdə xaricdə yaşayan Ermənistan vətəndaşlarını bilet alaraq Ermənistana getməyə, referendumda iştiraka çağırıb. Deputatların təklif etdiyi dəyişikliklər layihəsində 2018-ci il aprelin 9-da seçilmiş hakimlərin vəzifə səlahiyyətlərini dayandırmaq təklif olunur.

Dəyişikliklər Hrayr Tovmasian və məhkəmənin daha 6 üzvünə aiddir, iki hakimə– Arman Dilanyan vəVahe Qrigoryana şamil olunmur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam